11- 13 may 2022-ci il tarixlərində “RİYAZİYYAT və MEXANİKANIN AKTUAL PROBLEMLƏRİ” Respublika Elmi Konfransı keçiriləcək

“RİYAZİYYAT və MEXANİKANIN AKTUAL PROBLEMLƏRİ” adlı Ümummilli Lider Heydər Əliyevin 99-cu ildönümünə həsr olunmuş Respublika Elmi Konfransı Bakı Dövlət Universitetinin Mexanika – riyaziyyat fakültəsinin təşkilatçılığı ilə 11- 13 may 2022-ci il tarixlərində keçiriləcək.

Konfransın məqsədi: Riyaziyyat və mexanika sahələrində prioritet məsələlərin üzə çıxarılması, innovativ istiqamətlərin müəyyənləşdirilməsi, elmi işçilərin, doktorant, magistr və tələbələrin elmi araşdırılmalara marağının artırılması, əldə olunan elmi-tədqiqat işlərinin mühüm nəticələrinin müzakirə edilməsi. Konfransın işi aşağıdakı seksiyalar üzrə təşkil olunacaq:

· Riyazi analiz

· Funksional analiz və operatorlar nəzəriyyəsi

· Diferensial tənliklər və optimal idarəetmə

· Cəbr və Həndəsə

· Hesablama riyaziyyatı, Mexanika, Tətbiqi riyaziyyat

· Riyaziyyat və onun tədrisi metodikası.

Konfransın təşkilat komitəsi:

Sədr Ziyatxan Əliyev – BDU-nun Mexanika-riyaziyyat fakültəsinin dekanı.

Sədr müavini Şirmayıl Bağırov – BDU-nun Elmi işlər üzrə dekan müavini.

Konfransın işçi dilləri: Azərbaycan, ingilis və rus dillərində aparılacaq.

Konfrans materiallarının hazırlanma qaydaları: Materialın həcmi A5 formatlı 3 səhifədən çox olmamaqla. Bütün səhifələrdə boş sahələr saxlanmalıdır (sağdan – 10 mm, soldan – 25 mm, yuxarıdan – 20 mm və aşağıdan – 20 mm olmaqla). Məruzənin adı Şrift ölçüsü 14, çap hərfləri ilə, mərkəzdə, interval 1,0. Məruzənin mətni Şrift Times New Roman, şrift ölçüsü 12, interval 1,0. Formullar “Microsoft Equation“ vasitəsilə yığılmalıdır, şrift ölçüsü 12. Müəlliflər Müəlliflərin adı, atasının adı, soyadı yazılmalıdır.

Konfransda iştirak etmək istəyənlər məruzənin elektron versiyasını elektron poçtla conference.mechmath@bsu.edu.az ünvanına göndərməlidirlər.

Tezislərin qəbulu 30 aprel 2022-ci il tarixinə qədərdir.

Əlavə məlumat üçün təşkilat komitəsinə müraciət edə bilərsiniz.

TƏŞKİLAT KOMİTƏSİ AZ1148, Akademik Zahid Xəlilov küçəsi-23, BDU Mexanika-Riyaziyyat fakültəsi Əlaqə telefonları: (012) 539 04 93 (077) 219 65 28 Email: conference.mechmath@bsu.edu.az