13.01.2022-ci il tarixdə Riyaziyyat informatika fakultəsinin 20 Yanvar faciəsinin 32-ci il dönümünə həsr olunmuş “20 yanvar – tariximizin qan yaddaşı” adlı anım tədbiri kecirilmişdir. Tədbirdə universitetin humanitar işlər üzrə prorektoru dosent Fətəliyeva Gülsüm, fakultənin dekanı dosent Oruc Hüseynov, tədris işləri üzrə dekan müavini Rauf Məmmədov, humanitar işlər üzrə dekan müavini Nurəngiz Bəşirova, dos. Tahir Məmmədov, metodist Sona Əsgərova, tədris köməkçiləri dos. Nazim Neymətov, Səbinə İbrahimova, THT Nuqay Əlili və fakultənin tələbələri iştirak etmişlər. Əvvəlcə tədbir iştirakçıları Vətənimizin azadlığı uğrunda canlarından keçən igid həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad edilmişdir.
Tədbirdə çıxış edən dosent Gülsüm Fətəliyeva bildirmişdir ki, Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi.Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın “Azadlıq” meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirib. Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak edib. Xalqın tələbi ilə Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası çağırılıb və Bakı şəhərində fövqəladə vəziyyətin ləğv edilməsi haqqında qərar qəbul edilib, lakin xalqın qəzəbindən qorxuya düşən respublikanın əksər rəhbər vəzifəli şəxsləri həmin sessiyada iştirak etməyib.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz öz sözünü dünyaya çatdırdı. Gülsüm Fətəliyeva onu da qeyd etdi ki, bizlər və siz gənclər azad olunmuş torpaqlarımızı bərpa etmək üçün hər zaman birlik olub Ali Baş Komandanın ətrafında “Dəmir yumruq” olmalıyıq.
Riyaziyyat informatika fakultəsinin dekanı dosent Oruc Hüseynov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların tırtılları altında əzmək idi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi, milli qürurumuzu qıra bilmədi. Keçirilən tədbirdə Riyaziyyat informatika fakultəsinin tələbələri – Kompüter elmləri 3 kurs tələbəsi Əsədov Türhan “20 yanvar faciəsi Azərbaycan xalqının qəhrəmanlıq səlnaməsi”, Riyaziyyat müəllimliyi 3 kurs tələbəsi Nəsirova Leyla “20 yanvar faciəsi – tariximizin qan yaddaşı” mövzusunda çıxış etmişlər, Riyaziyyat informatika 3 kurs tələbəsi Salahova Aysel “Külüm gözləyir», Riyaziyyat müəllimliyi 3 kurs tələbəsi Mehdiyeva Duman “Şəhidlər”, Riyaziyyat informatika 3 kurs tələbəsi Abdullayeva Ağca “20 yanvar” şerlərini səsləndirmişlər, Riyaziyyat informatika 2 kurs tələbəsi İsmayılova Mədinə gitarada “İgid əsgər” mahnısını ifa etmişdir.