Ümummilli lider Heydər Əliyevin 98-ci il dönümü

07.05.2021-ci il tarixdə Riyaziyyat informatika fakultəsinin Microsof Tims proqramı vasitəsilə Ümummilli lider Heydər Əliyevin 98-ci il dönümünə həsr olynmuş tədbir keçirilmişdir. Tədbirdə Universitetin humanitar işlər üzrə prorektoru dos.G.Fətəliyeva, İRF şöbəsinin müdürü A.Qasımova, fakultənin dekanı dos.O.Hüseynov, dekan müavini N.Bəşirova, THT sədri N.Əlili  və fakultənin tələbələri iştirak etmişlər.

Tədbirdə ilk olaraq  humanitar məsələlər üzrə prorektor dos. Gülsüm Fətəliyeva çıxış edərək bildirmişdir ki,   hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Gülsüm Fətəliyeva bildirdi ki, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. Heydər Əliyev cənablarının ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycan elmini, mədəniyyətini,incəsənətini,ədəbiyyatını özünə qaytardı. Ən əsası odur ki, Heydər Əliyev cənablarının birbaşa diqqət və qayğısı nəticəsində Azərbaycan gəncliyi özünü dərk etməyə başladı.

Fakultənin dekanı dos. Oruc Hüseynov bildirdi ki, Azərbaycanın Dövlət müstəqilliyi prezident Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. Belə bir fenomen şəxsiyyətlə eyni bir millətə mənsub olmağımdan xüsusi bir qürur hissi keçirirəm. 1993-cü ilin iyun günləri idi. Xalqımızın taleyi həll olunurdu. Müstəqilliyimizi itirmək və ölkəmizi parçalanaraq məhv olması təhlükəsi qarşısındaydıq. Xalqın çağırışı ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyevin gərgin əməyi,cəsarəti nəticəsində ölkədə baş verən ictimai-siyasi proseslər olduqca mürəkkəb və təhlükəli olmasına baxmayaraq Heydər Əliyev Azərbaycanı uçurumun kənarından qaytardı. Azərbaycan xalqı vətəndaş müharibəsi təhlükələrindən xilas oldu,yaranmış sosial bəlalardan qurtuldu. 1994-cü ildə imzalanan “Əsrin kontraktı” Heydər Əliyevin uzaqgörən neft siyasətinin ilk konturları oldu.

Dekan müavini Nurəngiz Bəşirova bildirdi ki, Göründüyü kimi dahi lider təhsilə, tarixə, mətbuata, incəsənətə – bir sözlə milləti yaşadan və onu maraqlandıran hər şeyə xüsusi diqqət vermiş və hər sahənin inkişafı üçün əlindən gələni etmişdir. Heydər Əliyevin xidmətləri saymaqla bitməz . Millətimiz üçün bəlkə də ən böyük şanslardan biri olan , ərazi bütövlüyümüzü , Qarabağımızı bizə qaytaran İlham Əliyev, şübhəsiz ki, ümummilli liderin bizə ən böyük ərməğanlarından biridir. Həm keçmişimiz, həm indimiz, həm gələcəyimizə sehirli zəkası ilə toxunan dahi liderimizin, ulu öndərin ruhu qarşısında minnətlə və qürurla əyilirik. 98 ci il dönümündə bu böyük dahiyə söz veririk ki, onun mirasına şərəfimizlə sahib çıxacağıq.

İnformatika müəllimliyi I kurs tələbəsi Nərgiz Əsədli “Allah səni öz nurundan yaratmışdı Heydər baba” adlı şer söyledi.  Riyaziyyat informatika müəllimliyi II kurs Ağca Abdullayeva “Tarixi – zamanı yazan insan” mövzusunda çıxış etmişdir. Riyaziyyat müəllimliyi IV kurs Laləzar Qurbanova “Heydər Əliyev nadir tarixi şəxsiyyətlərdəndir” mövzusunda çıxış etmişdir. Riyaziyyat informatika müəllimliyi I kurs Aytac Qazaliyeva “Elegiya” şerini söyləmişdir. Riyaziyyat müəllimliyi II kurs Duman Mehdiyeva “ULU Öndər – Heydər Əliyev” mövzusunda çıxış etmişdir. Riyaziyyat müəllimliyi III kurs Ləman İsmayılova “Heydər Əliyev müdrik dövlət xadimi” mövzusunda çıxış etmişdir.