Nizami Gəncəvinin əsərlərində riyazi və həndəsi fikirlər

10 mart 2021-ci il tarixdə Həndəsə və cəbr kafedrasında görkəmli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ilə əlaqədar Gəncə Dövlət Universiteti rektorunun əmrinə müvafiq olaraq “Nizami Gəncəvinin əsərlərində riyazi və həndəsi fikirlər” mövzusunda konfrans keçirilmişdir. Konfransda dos.İ.Cabbarov, m.N.Allahyarova və kafedranın magistrləri Şəms Namazova və Çinarə Ələkbərova Nizaminin əsərlərində riyazi və həndəsi fikirlər haqqda maraqlı məruzələr etmişlər. Konfransda fakültə dekanı dos.O.Hüseynov iştirak etmişdir.