FAKÜLTƏNİN TƏLƏBƏ HƏMKARLAR TƏŞKİLATININ SƏDRİ M.MEHDİYEVİN  HESABAT- SEÇKİ İCLASI KEÇİRİLDİ.

       Gəncə Dövlət Universitetinin Riyaziyyat – informatika fakültəsində  03 mart 2017-ci il tarixində Tələlbə Həmkarlar Təşkilatının fakültə üzrə sədrinin hesabat- secqi iclasi keçirildi. Iclasda  Riyaziyyat – informatika fakültəsinin 67 tələbəsi  Tələbə Həmkərlar İttifaqı Komitəsinin sədri Adıgözəlov Pərviz  dəvət olunmuşdur. Tələlbə Həmkarlar Təşkilatının fakültə üzrə sədri M.Mehdiyev  çıxış edərək hesabatında   bildirdi ki, 1994-cü il fevral ayının 24-də 792 № -li fərmanda Azərbaycan Respublikası Prezidenti müstəqil respublikanın tarixində ilk dəfə olaraq «Həmkarlar İttifaqı haqqında» Azərbaycan Respublikası Qanununu təsdiq edib. Bu qanun Respublikamızda Həmkarlar İttifaqının hüquqlarını, ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün geniş fəaliyyət təminatlarını müəyyən edib.

Universitet daxilində fəaliyyət göstərən Azad Həmkarlar İttifaqı komitəsi yarandığı gündən öz vəzifəsinə sadiq qalmış, universitet tələbələrinin şəraitinin yaxşılaşdırılmasında, mədəni səviyyənin yüksəldilməsində önəmli rol oynamış. GDU-nun  THİK – universitet professor-müəllim və tələbə heyətinin fəal hissəsi olmaqla hər zaman azərbaycançılıq, vətənpərvərlik ideyaları ilə maariflənməyə səy göstərmişdir. 2014-cü il sentyabr ayının 20-də təşkilatın hesabat-seçki iclasında heyət üzvü seçilmişdir. Təşkilatın idarə heyəti fakültədə fəaliyyət göstərən bütün ixtisasların hər birindən nümayəndə olmaqla 17 nəfərdən ibarət olmuşdur.

Fakültənin əksər əməkdaşları və tələbələri universitet və şəhər tədbirlərində şəhərdə təşkil olunan  iməciliklərdə tələbələrimiz fəal iştirak etmişlər.

2016 -2017 – cı ilin birinci yarısında fakültənin bir çox tələbələri universitet səviyyəsində keçirilən tədbirlərdə iştirak edərək yaxşı mənada fərqləniblər, dəfələrlə yer tutaraq fəxri fərmanlarla təltif olunub müxtəlif hədiyyələrə layiq görülüblər. İdman yarışlarında da fakültə tələbələri fəal iştirak ediblər. Universitetdə keçirilən “I Sosial Medaia Forumunda” Hümbətov Coşqun, “Qarabağ Münaqişəsi” Müzakirə Forumunda Kazımov Feruz və digər 6 nəfər tələbə fəal iştiraklarına görə sertifikatlar almışdır. “Tələbə Həftəsi” çərçivəsində keçirilən inşa müsabiqəsində I kurs tələbəsi Əliyeva Aygün II yer tutaraq Fəxri Fərmanla təltif olunmuşdur. Universitet səviyyəsində keçirilən “Heydər Əliyev və Azərbaycan” inşa müsabiqəsində, bilik olimpiadasında, debat forumlarında, intellektual oyunlarda fakültə tələbələri fəal iştirakına və göstərdiyi nəticələrə görə yüksək yerlər tutaraq fəxri fərmanlarla təltif olunmuşlar.

Gəncə Dövlət Universitetinin Riyaziyyat – İnformatika fakultəsinin tələbə heyyətinin 03.03.2017-ci il tarixli ümumi  iclasında namizədliyi irəli sürülmüş 17 tələbə Riyaziyyat-İnformatika fakultəsinin Tələbə Həmkərlar Təşkilatının yeni heyyətinə üzv seçildilər. Səsverənlərin 100 % – səsini topladığına görə Riyaziyyat müəllimliyi ixtisasının I kurs  tələbəsi Hümbətov Coşqun Səməd oğlu Riyaziyyat-İnformatika fakultəsinin Tələbə Həmkərlar Təşkilatının yeni sədri vəzifəsinə seçildi.

                                                                        Humanitar məsələlər üzrə dekan müavini B.m Aynur Qasımova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir