BİZİM UĞURLARIMIZ

Ziyalı – cəmiyyətin milli-mənəvi simasını formalaşdıran ən kövrək və həssas hissəsidir. Hər bir xalqın ən ağır tarixi anlarında onun milli mənliyinin qorunub saxlanmasında, millətin millət kimi özlüyünü hifz edə bilməsində ziyalıların, mədəniyyət, ədəbiyyat, elm və incəsənət xadimlərinin əməyi böyükdür. Tarix boyu Azərbaycan şan-şöhrətini bütün ellərə yaymış. Əlbəttə, təkcə elmdə deyil, insan fəaliyyətinin hər bir sahəsində də maddi amillə mənəvi amil bir– biri ilə çulğalaşmışlar, buna görə də həmin amillərdən hər biri nəzərdən keçirilərkən bunların qar­şılıqlı təsir dialektikası hesaba alınmalıdır. Məsələn, mənəvi cəhət olmadan ictimai şüurun heç bir sahəsi mövcud deyildir. Bu, xü­susilə elmə aiddir, elm çox zaman «elmi praktika» adlandırılan tam bir sıra xüsusi əməli fəaliyyət formalarından (eksperiment, müşahidə) istifadə edir. Elm bir tərəfdən, daima insan fəaliyyətinin təsiri altında olmuş, digər tərəfdən isə həmin fəaliyyətə fəal təsir göstərmişdir. Elm dünyagörüşünün yaranıb inkişaf etməsinə hərtərəfli şərait yaratmışdır. Onun əsas vəzifəsi ictimai tələbatın ödənilməsidir.

Gəncə Dövlət Universitetinin Riyaziyyat-informatika fakültəsində müəllimlərin tərkibinin keyfiyyətcə yaxşılaşdırılması həmişə diqqət mərkəzində olmuşdur. Belə ki, 1967/68-ci tədris ilində fakültədə çalışan 41 əməkdaşdan cəmi 6 nəfərinin elmi dərəcəsi olduğu halda, hazırda bu rəqəm bir neçə dəfə artmaqdadir.

2016 – 2017 tədris ilinin I yarısında doktoranturaya 6 nəfər, dissertanturaya 4 nəfər, 2 nəfər elmi doktoranturaya qəbul olunmuşdur. Riyazi analizin iki müəllimi ilkin müzakirədən keçərək AMEA Riyaziyyat və Mexanika İntitutuna təqdim etmişlər. Fakültə əməkdaşlarından Riyazi analiz kafedrasının müəllimi Aynur Qasımova və doktorant Çingiz Həşimov Riyaziyyat üzrə fəlsəfə  doktoru dissertasiyasını müdafiə etmişdir. Fakültənin növbəti uğurlarından biri də bir neçə əməkdaşımızın  fəlsəfə doktoru elmi adının almasıdır. Onlardan Nürəngiz Firuz qızı Bəşirova 14.08.1974 – cü ildə Gəncə şəhərində anadan olmuşdur. 1981-1991 – ci illərdə orta məktəbdə oxumuşdur. 1991-1996 – ci illərdə GDU-nin Riyaziyyat-informatika fakültəsində təhsil almışdır. 1996 – cı ildən hazırki vaxta qədər GDU-nin Riyaziyyat-informatika fakültəsində tədris məsləhətçisi vəzifəsində çalışır, Riyazi analiz kafedrasının baş müəllimidir. 2015-ci ildə dissertasiya işini müdafiə edərək 2017-ci ildə Texnika üzrə fələsəfə doktoru elmi adını almışdır. Onunla eyni kafedrada çalışan Nazim Əsədulla oğlu Neymətov 01.04.1975 – ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1992 – ci ildə Naxçıvan MR Ordubad şəhər orta məktəbi bitirərək 1994 – 1998 – ci illərdə Gəncə Dövlət Universitetində Riyaziyyat-informatika fakültəsində təhsil almışdır. 1998 – 2000 – ci illərdə Gəncə Dövlət Universitetində Riyazi analiz kafedrasında magistr təhsil almış,
2000 – ci ildən hazırki vaxta qədər  Gəncə Dövlət Universitetində Riyazi analiz kafedrasında baş müəllim vəzifəsində çalışır. Nazim Neymətov 2015-ci ildə dissertasiya işini müdafiə edərək 2016-ci ildə Riyaziyyat üzrə fəlsəfə doktoru elmi adını almışdır. Növbəti belə əməkdaşımız Cəfərli Esmira Vahid qızıdır. Cəfərli Esmira  24.02.1979-cu ildə Gəncə şəhərində anadan olmuşdur. 1996-cı ildə məktəbi bitirib həmin ildə Gəncə Pedaqoji İnstitutunun Riyaziyyat-informatika fakültəsinin bakalavr pilləsinə daxil olmuş 2000-ci ildə bitirmişdir. 2000-2002-ci illərdə isə həmin universitetin riyaziyyat ixtisası üzrə əyani şöbənin magistratura təhsili almışdır. 2015-ci ildə dissertasiya işini müdafiə edərək 2017-ci ildə Pedaqogika üzrə fəlsəfə doktoru elmi adını almışdır. Adları çəkilən müəllimlərin hər birı universitetdə işlədiyi müddətdə özünü nümunəvi pedaqoq, işini günün tələbləri səviyyəsində quran, çalışqan, işinə qarşı tələbkar və məsuliyyətlə yanaşan, qabiliyyətli, peşəkar və nizam- intizamlı əməkdaş kimi göstərmişdir.

Əziz həmkarlar! Sizə uğurlar arzulayırıq. Sizin uğurlarınız fakültəmizin, universitetimizin nailiyyətidir.

Humanitar məsələlər üzrə dekan müavini    A.R.Qasımova