Açıq dərs

 

5 dekabr 2016-cı il tarixdə Riyaziyyat müəllimliyi ixtisasının I kursunda Həndəsə və cəbr kafedrasının dosent əvəzi Günay Salmanovanın Həndəsə-1 fənnindən “Fəzada afin və düzbucaqlı koordinat sistemləri. Metrik məsələlər. Fəzada koordinat sisteminin çevrilməsi” mövzusunda açıq mühazirə dərsi keçirilmişdir. Keçirilmiş açıq dərsdə rektorun II korpus üzrə səlahiyyətli nümayəndələri fəxrı prof.Ə.U.Quliyev, fəxri prof.N.Nəsrullayev, dos.C.İbrahimov və fakültə dekanı dos.O.Hüseynov iştirak etmişlər. Həmçinin açıq dərsdə Həndəsə və cəbr kafedrasının müdiri dos.İ.Cabbarov, kafedra əməkdaşlarından b.m.Ü.Qurbanova və m.G.Həsənova iştirak etmişlər. Açıq dərs müzakirə olunmuş və yüksək səviyyədə cavab verdiyi qeyd olunmuşdur.