Açıq dərs

 

Gəncə Dövlət Universitetinin Riyaziyyat-informatika fakültəsində 6 dekabr 2016-cı il tarixdə Riyaziyyat və informatika müəllimliyi ixtisasının I-1 kursunda Samirə Qurbanovanın İngilis dili-1 fənnindən “The Weekend away” mövzusunda açıq dərsi olmuşdur. Keçirilmiş açıq dərsdə rektorun II korpus üzrə səlahiyyətli nümayəndələri fəxrı prof.Ə.U.Quliyev, dos.C.İbrahimov, dos.E.Cavadov və fakültə dekanı dos.O.Hüseynov iştirak etmişlər. Həmçinin açıq dərsdə Praktik xarici dillər kafedrasının müdiri dos.Z.Əliyeva, kafedra əməkdaşlarından b.m.S.Seyidova, b.m.S.Cəfərova, b.m.F.Nəsibova, m.A.Kərimli iştirak etmişlər. Açıq dərs yüksək səviyyədə keçirilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir