Açıq dərslər

 

Gəncə Dövlət Universitetinin Riyaziyyat-informatika fakültəsində noyabr ayı ərzində Həndəsə və cəbr kafedrasının fəxri prof.N.Nəsrullayevin, b.m.N.Həsənovanın, m.G.Həsənovanın, Ümumi riyaziyyat kafedrasının b.m.E.Abbasovun, b.m.Ə.Gəncəliyevin, Riyazi analiz kafedrasının b.m.N.İsmayılovun, b.m.N.Neymətovun, İnformatika kafedrasının dos.M.Həsənovanın açıq dərsləri olmuşdur. Keçirilmiş açıq dərslərdə rektorun II korpus üzrə səlahiyyətli nümayəndələri fəxrı prof.Ə.U.Quliyev, dos.C.İbrahimov və fakültə dekanı dos.O.Hüseynov iştirak etmişlər. Həmçinin açıq dərslərdə Həndəsə və cəbr kafedrasının müdiri dos.İ.Cabbarov, Riyazi analiz kafedrasının müdiri dos.B.Mustafayev, İnformatika kafedrasının müdiri dos.Ə.Aslanov, Ümumi riyaziyyat kafedrasının müdiri dos.M.Mustafayev və eləcədə bütün kafedralarının professor-müəllim heyəti iştirak etmişlər. Açıq dərslər yüksək səviyyədə keçirilmişdir. Burada dərs keçən müəllimlərin açıq dərsləri yüksək qiymətləndirilmişdir.