MƏZUNLARLA GÖRÜŞ

İnsan həyatında elə anlar olur ki, ömür boyu unudulmur. Bu yaddaqalan, hər an xatırlana biləcək günlərdən biri də “Tələbəlik günləri”dir. Gəncliyimizin ən çılğın, ən qayğısız vaxtları universitet illərində olur. Hər dəfə universitetdən söz düşəndə, universiteti görəndə ürəyimiz sızıldayır, qəlbimizin dərinliklərindən “kaş o günlərə dönə biləydim” arzusu keçir.
18 noyabr 2016-cı il tarixdə Riyaziyyat-informatika fakültasində 21 il öncə Gəncə Dövlət Universitetinin Riyaziyyat-informatika fakültasini bitirən, hazırda Azərbaycan Respublikasının müxtəlif şəhərlərində çalışan məzunlarla görüş keçirildi. Tədbirdə universitetin Humanitar məsələlər üzrə prorektoru dos.G.Fətəliyeva, fakültə dekanı dos.O.Hüseynov fakültənin professor-müəllim heyyəti iştirak edirdi. Fakültə tələbələri şer tövhəsi ilə məzunları təbrik etdilər. Tədbirin sonunda məzunlar onlara vaxtı ilə dərs deyən, öz məsləhətlərini asirgəməyən müəllimlərə hədiyyələr təqdim etdi.