“Auksion və BİBÖ metodlarının tətbiqi” mövzusunda açıq dərsi keçirildi
27 aprel 2026-cı il tarixdə Ümumi pedaqogika kafedrasının müəllimi Pərvanə Əliyevanın Riyaziyyat və informatika fakültəsində riyaziyyat və informatika müəllimliyi IV kursunda “Auksion və BİBÖ metodlarının tətbiqi” mövzusunda açıq dərsi keçirildi. Dərsin məqsədi tələbələrdə interaktiv təlim metodları haqqında biliklərin formalaşdırılması, Auksion və BİBÖ metodlarının mahiyyətinin mənimsədilməsi, müstəqil düşünmə və qərarvermə bacarıqlarının inkişaf etdirilməsi, qrup işi və









