Maraqlı görüş

23 aprel 2026-cı il tarixində  Gəncə şəhər 3 saylı tam orta məktəbin  İKT Help – desk PTS Abdullayeva Ülviyyə Asif qızının rəhbərliyi altında Peşə  təmayüllü 10-cu sinif şagirdləri Gəncə Dövlət Uniiversitetinin  Riyaziyyat və informatika fakültəsinin professor – müəllim heyəti və  tələbələri arasında  maraqlı görüş keçirildi. Görüşdə  GDU-nun Təcrübə və Karyera şəbəsinin  müdiri dosent Cabbar Qarayev iştirak etdi, tələbə və şagirdlərlə səmimi söhbətlər apardı. Fakültənin tədris məsələləri üzrə dekan müavini Rauf Məmmədov və  Akademik məsləhətçi Günay Yusifova şagirdləri fakültənin auditoriyaları və lobaratoriyaları ilə tanış etdilər. Məktəblilər bəzi dərslərdə iştirak etdi  və fakültənin professor müəllim heyəti və tələbələri ilə xatirə şəkilləri çəkdirdilər.