Nizami Gəncəvi adına 11 saylı tam orta məktəbin 5a sinifində “Səs effektlərinin layihəyə daxil edilməsi” mövzusunda açıq dərsi keçirildi

16 aprel 2026-il tarixdə Gəncə Dövlət Universitetinin Riyaziyyat və İnformatika Fakultəsinin İnformatika müəllimliyi İxtisasının 4 cü kurs tələbəsi Paşayeva Leyla Vüqar qızının Nizami Gəncəvi adına 11 saylı tam orta məktəbin 5a sinifində “Səs effektlərinin layihəyə daxil edilməsi” mövzusunda açıq dərsi keçirildi. Açıq dərsdə Riyaziyyat və İnformatika fakültəsinin dekanı dosent Oruc Hüseynov, Təcrübə və karyera şöbəsinin müdiri dosent Cabbar Qarayev, Metodist müəllimə dosent Gülmira Verdiyeva, Psixologiya müəlliməsi Səbirə Orucova, fənn müəllimi Gülnar Qasımova və təcrübəçi tələbələr iştirak etdilər.

Sonda açıq dərs müzakirə olunaraq yüksək qiymətləndirildi.