


24 aprel 2026-cı il tarixdə Ümumi riyaziyyat kafedrasının müəllimi Leyla Bağırovanın riyaziyyat və informatika müəllimliyi ixtisasının l kursunda Elementar riyaziyyat-2 fənnindən “Çoxüzlülər, prizma və onun elementləri, səthi və həcminə aid misallar” mövzusunda açıq seminar dərsi keçirildi. Mövzunun məqsədi yalnız düsturları öyrənmək deyil tələbələrin fəal şəkildə məntiqi düşünməsi, məkan təsəvvürünün inkişafı və praktiki bacarıqları qazanmasıdır. Dərsdə müəllim tələbələrin fəza füqurları haqqında təsəvvürlərini sorğu ilə öyrəndi. Sonra düzgün çoxüzlülər haqqında məlumat verdi. Açıq dərsdə fakültə dekanı dosent Oruc Hüseynov, kafedra müdiri dosent Sübhiyyə Zeynallı, dosent LaləQocayeva, p.f.d. Kəmalə Qaybalıyeva və kafedranın digər müəllimləri iştirak etdilər.