“İki vektorun vektorial hasili, xassələri, tətbiqləri” mövzusunda açıq praktik məşğələ dərsi keçirildi

23.04.2026-cı il tarixində Riyaziyyat və informatika fakültəsinin İnformatika və Cəbr kafedrasının r.f.d., baş müəllim Sevinc Quliyevanın İnformatika müəllimliyi ixtisasının 1-ci kursunda Analitik həndəsə fənnindən “İki vektorun vektorial hasili, xassələri, tətbiqləri” mövzusunda açıq praktik məşğələ dərsi keçirildi. Açıq dərsin məqsədi əsasən həndəsi obrazlardan mexanika, bərk cisim fizikası, nəzəri fizika və mühəndis işlərində geniş istifadə edilməsidir. Həndəsə fənninin tədrisini yüksək ixtisaslı kadrların hazırlığı üçün istifadə etmək və onlarda həndəsənin tətbiqi ilə bağlı qarşıya çıxan əsas anlayışlar, münasibət və həndəsi obyektləri müasir elmi səviyyədə izah etmək məqsədi daşıyır. Müəllim tələbələrlə sorğu-sual apararaq keçmiş mövzuları təkrar etdi və yeni mövzunu misallar üzərində izah etdi. Sonra tələbələri qiymətləndirdi. Açıq dərsdə fakültə dekanı dosent Oruc Hüseynov, kafedra müdiri dosent İlqar Cabbarov, dosent Günay Salmanova, dosent Nazim Neymətov, b.m. Təranə Hüseynova və kafedranın digər əməkdaşları iştirak etdilər. Sonda açıq dərs müzakirə olundu.