FƏNN SEÇİMLƏRİNƏ START VERİLDİ

21 aprel 2026-ci il tarixdə Riyaziyyat və informatika fakültəsində növbəti semestrdə tədris olunacaq fənlərin və fənləri tədris edəcək müəllimlərin seçiminə start verildi. Fakültənin tyutoru Günay Yusifova müvafiq fənn müəllimləri, fənlərin seçim proseduru haqqında məlumat verdi. Tələbələr sərbəst şəkildə fənlərin seçimi üçün hazırlanmış bülletenlərdə istədikləri fənn və müəllimlərin seçimi prosedurunu yerinə yetirdilər.