SEÇİMƏ FƏNLƏRLƏ BAĞLI FƏNN MÜƏLLİMLƏRİ İLƏ GÖRÜŞÜLƏR DAVAM EDİR

16 aprel 2026-cı il tarixində Riyaziyyat və informatika fakültəsində keçiriləcək fənn seçimləri əlaqədar olaraq Riyazi analiz, Təhsilin pedaqogikası və metodikası, Psixologiya və Ümumi texniki fənlər kafedralarının əməkdaşları tələbələrlə görüş keçirmişlər. Onlar seçmə fənn bloklarına daxil olan fənlərin təsviri, məqsəd və hədəfləri haqqında tələbələrə məlumatlar vermiş, fənlərlə bağlı, fənlərin seçim proseduru haqqında tələbələrin suallarını cavablandırmışlar.