



27 aprel 2026-cı il tarixdə Ümumi pedaqogika kafedrasının müəllimi Pərvanə Əliyevanın Riyaziyyat və informatika fakültəsində riyaziyyat və informatika müəllimliyi IV kursunda “Auksion və BİBÖ metodlarının tətbiqi” mövzusunda açıq dərsi keçirildi. Dərsin məqsədi tələbələrdə interaktiv təlim metodları haqqında biliklərin formalaşdırılması, Auksion və BİBÖ metodlarının mahiyyətinin mənimsədilməsi, müstəqil düşünmə və qərarvermə bacarıqlarının inkişaf etdirilməsi, qrup işi və əməkdaşlıq vərdişlərinin gücləndirilməsi olmuşdur. Dərsin vəzifələri Auksion metodunun tətbiq mexanizmini izah etmək, BİBÖ (Bilirəm – İstəyirəm biləm – Öyrəndim) metodunun strukturunu öyrətmək. Tələbələrin aktiv iştirakını təmin etmək, praktiki fəaliyyət vasitəsilə bilikləri möhkəmləndirməkdir. Dərsin təşkili və gedişi. Motivasiya mərhələsi. Dərsin əvvəlində tələbələrə mövzu ilə bağlı suallar ünvanladım və onların əvvəlki biliklərini aktivləşdirdim. Bu mərhələdə tələbələr mövzuya maraq göstərdi və fəal iştirak etdilər. BİBÖ metodunun tətbiqi: Tələbələrə BİBÖ cədvəli təqdim olundu: “Bilirəm” hissəsində tələbələr mövzu üzrə əvvəlki biliklərini qeyd etdilər. “İstəyirəm biləm” hissəsində öyrənmək istədikləri sualları yazdılar. Dərsin sonunda “Öyrəndim” hissəsi dolduruldu. Bu metod tələbələrin mövzuya şüurlu yanaşmasını, öz biliklərini qiymətləndirməsini, refleksiya etməsini təmin etdi. Açıq dərsdə riyaziyyat və informatika fakultəsinin dekanı dosent Oruc Hüseynov, dosent Sübhiyyə Zeynallı, dosent Nazim Neymətov, dosent Tahir Məmmədov, Ümumi pedaqogika kafedrasının müəllimləri p.f.d. b/m Tura Əliyeva, b/m Aytən Həsənova iştirak etmişlər