Abbasova Samirə Vaqif qızı
Ümumi riyaziyyat kafedrasının baş müəllimi.
Əlaqə nömrələri:
QISA BIOQRAFIK MƏLUMAT
20.07.1981-ci ildə Gəncə şəhərində anadan olmuşdur.
1988-ci ildə Gəncə şəhər 29 saylı orta məktəbin 1-ci sinifinə başlamış və 1998-ci ildə bitirmişdir.
1998-2002-ci ildə Gəncə Dövlət Pedaqoji İnstutunun riyaziyyat informatika fakültəsinin, riyaziyyat ixtisasında təhsil almışdır.
2002-2004 cü ildə “Diferensial tənliklər” ixtisası üzrə magistr dərəcəsi almışdır.
Ailəlidir, 3 övladı var.
TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ
Ali
ƏMƏK FƏALİYYƏTİ
2004-cü ildən Gəncə Dövlət Universitetində müəllim vəzifəsinə təyin olunmuş və hal-hazırda “Ümumi riyaziyyat” kafedrasında baş müəllim vəzifəsində çalışmaqdadır.Ekonometrika, Variasiya hesabı, Variasiya hesabı və optimallaşdırma, Alqoritmlər nəzəriyyəsi, Xətti proqramlaşdırma və onların tətbiqləri, Hesablama riyaziyyatı, Optimallaşdırma üsulları və s. fənnlərini tədris edir.
5 elmi məqalə və 1 dərs vəsaiti çap olunmuşdur. Bundan əlavə 4 ədəd fənn proqramının tərtibində müəllif kimi iştirak etmişdir.
TƏDQİQAT SAHƏSİ
Hesablama riyaziyyatı
SEÇİLMİŞ ƏSƏRLƏRİ
- Уравнение свертки и решение уравнения свертки.
- Некоторые специфические особенности решений дифференциальных уравнений с отклоняющимся аргументом.
- Eyler və Eyler-Puasson tənliklərinə aid məsələ həllinin metodikası
- Variasiya hesabı nə deməkdir?