Seymur Meşaik “Uluslararası Mersin Sempozyumu”nda

Снимок

SM-1

1-3 noyabr 2018-ci il tarixində, Türkiyə Cumhuriyyətinin Mersin Universitetində,“Dünya Multidisipliner Araştırmalar Sempozyumu” adı altında 1. Uluslararası Mersin Sempozyumu təşkil edilmişdir. Gəncə Dövlət Universitetinin əməkdaşı, Həndəsə və Cəbr kafedrasının baş müəllimi, riyaziyyat üzrə fəlsəfə doktoru Seymur Meşaik həmin simpozyumda yaxından iştirak etmişdir. Riyaziyyat elminin diskret riyaziyyat, cəbr və riyazi məntiq sahəsində araşdırmalar aparan əməkdaşımız “İkiqiymətli məntiq cəbrlərinin düz hasilində unar 2-funksiyalarla doğrulan minimal altcəbrlər” mövzusunda uğurla çıxış etmişdir. Seymur Meşaik bir çox elmlərin qovuşduğu həmin simpozyumda Türkiyədən, Azərbaycandan, Rusiyadan, Türkmənistandan olan alimlərlə tanış olmuş və dəyərli insanlarla ünsiyyət yaratmışdır. Ən maraqlı görüşlərdən Mersin Universitetinin “Tətbiqi riyaziyyat” kafedrasının müdiri, Azərbaycanlı riyaziyyatçı alim prof. Xanlar Məmmədovla və 2003-cü ildə arxeoloji qazıntılar nəticəsində Bilge Xaqanın qızıl tacını aşkarlamış, Selçuk Universitetinin professoru Hasan Baharla olan görüşləri xüsusi qeyd etməlyik. Gəncə Dövlət Universitetinin rektoru, prof. Yusif Yusibovun gənclərə göstərdiyi qayğı və diqqət müasir düşüncəli gənc alimlərin inkişafına təkan verir. Bir daha gənc əməkdaşımızın universitetimizi xarici ölkədə uğurla təmsil etməyi bunun bariz nümunəsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir