“İlham Əliyev və Azərbaycan təhsili” – inşa yarışması

18 aprel 2018-ci il tarixdə Riyaziyyat-informatika fakültəsində tərbiyə işləri üzrə dekan müavini b.m.A.Qasımovanın təşkilatçılığı ilə “İlham Əliyev və Azərbaycan təhsili” mövzusunda inşa yarışması keçirildi. Yarışmada fakültənin I – III kurs tələbələri iştirak edirdi. Yarışmadan öncə fakültə dekanı dos.O.Hüseynov tələbələrə müvəffəqiyyət arzuladı və qaliblərin mükafatlandırılması haqda danışdı.