XOCALI FACİƏSİ

1992-ci il 26 fevral tarixi… Bu tarixdə dünyanın Ən böyük faciəsi  Xocalı faciəsi baş vermişdir. Bu faciə Azərbaycan xalqının başına erməni qaniçənləri tərəfindhən gətirilən  1-ci faciə deyil, bu faciə 31 mart qırğınının davamıdır.

Xocalı faciəsi ermənilər və 366-cı motoatıcı aloy tərəfndən törədilmişdir. 366-cı aloyun əsas zərbə başında milliyyət və erməni olan Ohanyan (mayor) dururdu. Bu faciəni 1 neçə insanın, Xocalı faciəsinin şahidlərinin dili ilə şərh edək.

Səadət Zeynalova (Xocalı sakini) « Həyat yoldaşımı, yeganə övladımı, qayatamı itirmişəm… Naxçıvanski kəndi yaxınlığında yolu azdıq. 200 nəfərdən çox idik. Düz 5 gün meşədə, qarın içində ac-susuz qaldıq. Yaşlı adamlar, körpələr, yaralılar gözümün qabağında tab gtirməyib ölürdü. Təsəvvür edin ki, şelliyə yalnız 30 nəfər gəlib sağ çıxdıq».

Cəmil Məmmədov (Xocalı şahidi). « Hər şey indiki kimi gözlərimin önündədir. Şəhərə girən tanklar, zirehli maşınlar və nə qoca, nə uşaq, nə də arvad bilir, tırtırları altına alıb keçirdi».

Müşfüq Əliməmmədov (Azərbaycan Respublikasının Milli qəhrəmanı) «Biz 10-15 nəfər döyüşçü Xocalını tərk etdikdən sonra Şelliyə tərəf yönəldik. Mən ayağımdan yaralı idim. Yolda düşmənlərin hücumuna məruz qaldıq. Əgər Əlif Hacıyevin dəstələri olmasaydı birimiz də sağ qalmazdıq. Əlif gözlərimin qarşısında həlak oldu. Mən yeriyə bilmədiyimi görüb dostloarıma yük olmamaq üçün onlardan ayrıldım. Möcüzə nəticəsində sağ qaldım».

Bütövlüdə Azərbaycan xalqına qapşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri insani cəza üsulları ilə bəşər tarixində tayı-bərabəri olmayan bir vəhşilik aktıdır. Bu soyqırımı eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.

(H.Ə.Əliyev)

Fevral ayının 26-sı saatın əqrəbləri 1700 göstərən zaman hər yerdə hər şey sükuta qərq olur. Xalqımızın b udə sükut dəqiqəsini yaşayır. Bundan sonra da, tarix durduqca nəsillər hər il fevralın 26-sı saat 1700 sükut dəqiqəsini yaşayacaqdır. Bu sükut Xocalı soyqırımı qurbanlarının xatirəsinə hörmət əlamətidir. Xalqımızın hər ilin bu gününü dərin hüzn vəkədər içində keçirir. Fevralın 26-sı saat 1700 9Aəzərbaycan Respublikasının əks Prezidenti) H.Ə.Əliyevin fərmanı ilə sükut dəqiqəi elan edilmişdir. Həmin günün qanla yazılmış bir tarixi vardır.

Azərbaycan xalıqının XX əsrdə üzləşdiyi dəhşətli faciələrdən biri də Xocalı soyqrımıdır. Xocalı faciəsi Xatın, Lidisa, Oradur soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı olaydır.

1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri, Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki erməni silahlı dəstələri, keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırım siyasətini həyata keçirmişdir.

Xocalının işğalı zamanı bir gecədə dinc əhalidən 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla, işgəncələrlə öldürülmüş, insanların başları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarınları süngü ilə deşik-deşik edilmişdir.

Hücumda həmçinin mayor Oqanyan Seyran Muşeqoviçin (Seyran Oqanyan hazırda Dağlıq Qarabağda ermənilərin qeyri-qanuni rejiminin «müdafiə naziri»dir) komandanlığı altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixinin komandası altında 3-cü batalyonun, 1 saylı batalyonun qərargah rəisi Çitçyan Valeriy İsayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit və praporşik iştirak etmişdir. («Xocalının işğalına dair istintaq materiallarından»)

Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilmişdir. Rusiyanın «Memorial» hüquq-müdafiə mərkəzinin məlumatına əsasən, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyidi gətirilmiş, onlarla meyidin təhqirə məruz qalması faktı aşkar edilmişdir. Ağdamda 181 meyid (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Ekspertiza zamanı  müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş, 10 nəfər küt alətlə vurularaq öldürülmüşdür. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə almışdır.

Xocalı soyqırımı şahidlərinin ifadələrindən:

Ermənilər tərəfindən qətlə yetirilmiş azərbaycanlı uşaqların sinəsi yarılıb ürəkləri parçalanmış, əksər meyidlər isə tikə-tikə doğranmışdır.

Heydərov Camal Əbdülhüseyn oğlu – «Qaraqaya deyilən yerin yaxınlığındakı fermanın 2 kilometrliyində eybəcər hala salınmış xeyli azərbaycanlı meyidi var idi. Qətlə yetirilmiş uşaqların sinəsini yarıb ürəklərini parçalamış, əksər meyidləri isə tikə-tikə doğramışdılar».

Heydərov Şahin Zülfuqar oğlu – Naxçıvanik kəndi (Xocalı) yaxınlığında 80-ə yaxın meyid görüb. Meyidlər qorxulu vəziyyətə salınmış, başları kəsilmişdir. Milis mayoru Əlif Hacıyev, yaxın qohumları Səlimov Fəxrəddin, Səlimov Mikayıl da qətlə yetirilənlər arasında olmuşdur.

Hümbətov Cəlil Hümbətəli oğlu – Ermənilər onun gözü qarşısında həyat yoldaşı Füruzə, oğlu Muğan, qızı Simuzər və gəlini Südabəni güllələmişlər.

Paşayeva Kübra Adil qızı – Kətik meşəsinə girəndə ermənilərin mühasirəsinə düşmüşdür. Gizləndiyi kolluqdan həyat yoldaşı Paşayev Şura Tapdıq oğlu, oğlu Paşayev Elşad Şura oğlunun güllələnməsinin şahidi olmuşdur.

Əmirova Xəzəngül Təvəkkül qızı – Xocalı işğal olunan zaman erməni silahlıları onun ailəsini bütünlüklə girov götürmüşdür. Ermənilər Xəzəngülün anası Rayanı, 7 yaşlı bacısı Yeganəni və xalası Göycəni güllələyib, atası Əmirov Təvəkkülü isə benzin tökərək yandırmışlar.

Əliyeva Zoya Əli qızı – 150 nəfərə qədər adamla 3 gün meşədə qalıb. Meşədə Zoyanın yanında Əhmədova Dünya və onun bacısı Gülxar donaraq ölmüşdür.

Mustafayeva Kübra Əliş qızı – «Ermənilər bizi girov götürən kimi yanımdakı altı nəfəri yerindəcə güllələmişlər».

Kərimova Səidə Qurban qızı – «12 nəfərlə birlikdə girov götürüldük. Ermənilər qızım Nəzakəti, Tapdığı, Səadəti, İradəni işgəncə ilə öldürmüşlər».

Nəcəfov Əli Ağami oğlu – «Ermənilər qaçan adamları mühasirəyə alaraq 30-40 nəfəri yerindəcə güllələmişlər».

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir