Açıq dərs

Samira-1 Samira-2

19 dekabr 2017- ci il tarixdə İnformatika kafedrasının baş müəllimi Babayeva Samirənin açıq dərsi  keçirilmişdir. Dərs İnformatika müəllimliyi ixtisasının  III kursunda Kompüter şəbəkələri, internet və multimedia texnologiyaları fəninin mühazirə məşğələ növünə aid olmuşdur.  Mövzu: Müasir multimediya vasitələri və onların proqram təminatı.  S.Babayeva İKT vasitələrindən geniş istifadə edərək interaktiv texnologiyalı dərs keçmişdir.  Dərsdə fakültənin dekanı dos. O.Hüseynov, kafedra müdiri dos. Ə.Aslanov, kafedranın müəllimlərı, həmçinin İnformatika müəllimliyi ixtisasının  III kurs tələbələri iştirak etmişdir. Sonda dərs geniş müzakirə olunmuşdur.