Fakültəmizin növbəti nailiyyəti

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Gəncə şəhər Gənclər və İdman baş idarəsinin və “Gəncə Regional Debat Mərkəzi”nin birgə təşkilatçılığı ilə Milli Debat Proqramı çərçivəsində mütəmadi olaraq hər il “Gəncə Gənclər Debat Forumu” həyata keçirilir.

28 noyabr 2017-ci il tarixdə “Gəncə Gənclər Debat Forumu: Payız 2017” keçirilmişdir və Gəncə Dövlət Universitetinin Debat Klubu bu forumda iştirak edərək Diploma layiq görülmüşdür.  Riyaziyyat-informatika fakültəsinin Riyaziyyat müəllimliyi ixtisasının IV kurs tələbəsi Əmirova Aysel I yer tutaraq qızıl medala, “Ən Yaxşı Təlimçi” sertifikatına layiq görülmüşdür.

Fakültəmizin tələbələri adından başda Əmirova Aysel olmaqla Universitetimizin Debat Klubunu təbrik edirik və daha böyük nailiyyətlər arzulayırıq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir