Category Archives: Xəbərlər

“EHM-lərin sistem proqram təminatı (Software)” mövzusunda açıq dərs keçirildi

06 noyabr 2024-cü il tarixdə Informatika və cəbr kafedrasının dosenti Mehriban Həsənovanın Riyaziyyat və İnformatika müəllimliyi 2 kursunda İnformatikanın tədrisi metodikası fənnindən mühazirə dərsi keçirilmişdir. “EHM-lərin sistem proqram təminatı (Software)” mövzusunda keçirilən açıq dərsin məqsədi tələbələrin EHM-lərin sistem proqram təminatı ilə bağlı biliklərini daha əhatəli şəkildə genişləndirmək və onlarda kompüterin imkanlarından geniş istifadə bacarıqları yaratmaq.

Daha ətraflı

“Tənlik və bərabərsizliklərin həllinin təlimində şagirdlərin alqoritmik fəaliyyətinin gücləndirilməsi” mövzusunda elmi seminar keçirildi

5 noyabr 2024-cü il tarixdə Ümumi riyaziyyat kafedrasında “Tənlik və bərabərsizliklərin həllinin təlimində şagirdlərin alqoritmik fəaliyyətinin gücləndirilməsi” mövzusunda elmi seminar keçirilmişdir. Müasir dövrdə EHM-dən istifadə praktikasının əsas ənənələrini nəzərə alaraq şagirdlərdə alqoritmik bacarıqların tətbiqi istiqamətin gücləndirilməsi və uğurla həyata keçirilməsinin başlıca şərtlərindən biridir. Alqoritimləşdirmə anlayışı hazırda proqramla idarə olunan texnikanın geniş yayılması sayəsində xüsusi praktik

Daha ətraflı

ELAN

05.11.2024-cü il tarixində saat 11.30-da Riyaziyyat – informatika fakültəsində 8 noyabr Zəfər gününə həsr olunmuş “Zəfərin işığı” adlı möhtəşəm tədbir keçiriləcək. Fakültənin əməkdaşları və tələbələri iştirak edə bilərlər.

Tələbələrimizin uğurları

Riyaziyyat- informatika fakültəsinin tələbələri 31 noyabr 2024-cü il tarixində Səyyar Gənclər  Xidmətinin Yaşıl Dünya naminə Həmrəylik çərçivəsində Gəncə gəncləri ilə keçirdiyi 3-cü gündə  iştirak etmişlər. Günün başlanğıcında “Kiber Təhlükəsizliyi” ilə bağlı uşaqlara məlumat verilmiş daha sonra isə maraqlı intellektual və fiziki oyunlar keçirilmişdir. Tələbələrimiz tətbiqi şəbəkə sənəti və rəsm üzrə masterklasslarda yaradıcı potensiallarını kəşf etdilər,

Daha ətraflı

31 oktyabr  2024-cü il tatixdə saat 11:00-da  Fakültə Elmi Şurasının növbəti iclası olacaqdır.

GÜNDƏLİK MƏSƏLƏLƏR: 1. Tələbələrin fənləri mənimsəmə göstəricilərini əks etdirən formaların vaxtında hazırlanması və      tədris hissəsinə təqdim olunması.   (Dekan müavini) 2. Magistr dissertasiya mövzularının müzakirəsi və təsdiqə təqdim olunmsı.  (Kafedra müdirləri) 3. İxtisas kafedralarında 2024-cü ildə aparılan elmi-tədqiqat işlərinin icra vəziyyəti.   (Kafedra müdirləri) 4.  Kredit borcu olan tələbələrlə aparılan işlər.   (Tyutorlar) 5. Riyazi analiz kafedrasında fənn

Daha ətraflı

“Qraflar. Qraflar nəzəriyyəsinin əsasları” mövzusunda açıq dərs keçirildi

30 oktyabr 2024-cü il tarixdə Ümumi riyaziyyat kafedrasının müəllimi Humay Babayevanın Riyaziyyat və İnformatika müəllimliyi 3-1 kursunda Diskret riyaziyyat və məntiq elementləri fənnindən açıq praktik məşğələ dərsi keçirilmişdir. Açıq dərsin mövzusu “Qraflar. Qraflar nəzəriyyəsinin əsasları, qraflarnəzəriyyəsinin əsas məsələləri, qrafın tamamlayıcısı, təpənin dərəcəsi. Lokal dərəcə”-dir. Açıq dərsdə tələbələrin əldə etdikləri nəzəriyyəni sadə formada məsələlərə tətbiq etməklə,

Daha ətraflı

“Mülahizələr hesabının aksomatik qurulması. Aksiomlar və çıxarılış qaydaları” mövzusunda açıq dərs keçirildi

29 oktyabr 2024-cü il tarixdə Riyazi analiz kafedrasının dosenti Nazim Neymətovun İnformatika müəllimliyi 3 kursunda Riyazi məntiq fənnindən açıq mühazirə dərsi keçirilmişdir. Açıq dərsin mövzusu “Mülahizələr hesabının aksomatik qurulması. Aksiomlar və çıxarılış qaydaları”dir. Plan. 1. Mülahizələr hesabının qurulmasında ilkin anlayışlar. 2. Mülahizələr hesabının düsturları 3. Hesabın aksiomları 4. Əlavə çıxarılış qaydaları Burada əvvəlcə hesabı qurmaq

Daha ətraflı

TƏLƏBƏLƏRİMİZİN  UĞURLARI

25.10.2024-dən 27.10.2024-cü il tarixinədək Goranboy Olimpiya İdman Kompleksində “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi növbəti dəfə təşkil olunmuşdur. Bu dəfəki tədbir Gəncə Dövlət Universitetinin tələbələrinin iştirakı ilə keçirilib. Gənclər və İdman Nazirliyi tərəfindən baş tutan düşərgə hərbi simulyativ formatda keçirilib. Düşərgə müddətində gənclər üçün maraqlı hərbi təlimlər, idman və hərbi-idman oyunları, intellektual oyunlar, ocaq ətrafında görüş, həmçinin

Daha ətraflı

TƏLƏBƏLƏRİMİZİN  UĞURLARI

Oktyabrın 26-da “Gülüstan” sarayında Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş ümumrespublika “Nə? Harada? Nə zaman?” intellektual oyununun final mərhələsinin mükafatlandırma mərasimi keçirilib. “Azərbaycan İntellektual Klublar Assosiasiyası” İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində YAP yerli təşkilatlarını və Gənclər Birliyini təmsil edən 85 komandanın iştirakı ilə keçirilən intellektual oyunda YAP Gəncə şəhər

Daha ətraflı

“Microsoft Word mətn redaktorunda iş” mövzusunda açıq dərs keçirildi

25 oktyabr 2024-cü il tarixdə Informatika və cəbr kafedrasının müəllimi Günel Novruzovanın Riyaziyyat və İnformatika müəllimliyi 3 kursunda Tətbiqi program paketləri fənnindən laboratoriya dərsi keçirilmişdir. “Microsoft Word mətn redaktorunda iş” mövzusunda keçirilən açıq dərsin məqsədi mətn redaktorları arasında özünəməxsus yer tutan Word proqramı haqqinda ümumi məlumat verildi. Microsoft Word 2010 mətn prosessorunun işə salınması, program

Daha ətraflı