05 aprel 2022-cı il tarixdə Ümumi riyaziyyat kafedrasının baş müəllimi Cəbərrud Məmmədovanın, Riyaziyyat və informatika müəllimliyi I kursunda Elementar riyaziyyat-2 fənnindən “İnversiya. İnversiya çevrilməsi” mövzusunda açıq dərsi keçirilmişdir. Mövzunun əsas məqsədi həndəsi qurmalar nəzəriyyəsində geniş tətbiq olunan inversiya çevrilməsi və onun xassələri haqqında tələbələrə məlumat vermək, bu çevirmənin analitik izahını isbat etməkdir. Yaxşı olardı ki, inversiya çevrilməsi həndəsi çevirmələrin digər növləri kimi orta məktəb riyaziyyat kursunda da tədris olunsun. Dərsdə fakültə dekanı dos.O.M.Hüseynov, dekan müavini r.f.d.R.Məmmədov, p.f.d.E.Cəfərli, m.M.Həsənova, m.İ.İbrahimova və kafedranın müəllimləri iştirak etmişlər. Açıq dərs yüksək qiymətləndirilmişdir.