19.02.2021-ci il tarixdə Riyaziyyat informatika fakultəsinin Microsof Tims proqramı vasitəsilə Xocalı soyqırımının 29-cu il dönümünə həsr olunmuş “Xocalı faciəsi – tariximizin qan yaddaşı” adlı anım tədbiri kecirilmişdir. Tədbirdə universitetin humanitar işlər üzrə prorektoru dosent Fətəliyeva Gülsüm, fakultənin dekanı dosent Oruc Hüseynov, humanitar işlər üzrə dekan müavini Nurəngiz Bəşirova, THT Nuqay Əlili və fakultənin tələbələri iştirak etmişlər. Əvvəlcə tədbir iştirakçıları Vətənimizin azadlığı uğrunda canlarından keçən igid həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad edilmişdir.
Tədbirdə çıxış edən dosent Gülsüm Fətəliyeva bildirmişdir ki, Azərbaycan xalqının tarixinə qanla yazılmış Xocalı faciəsindən 29 il ötür. Xalqımızın yaddaşında tariximizin ən faciəli günlərdən biri kimi dərin iz buraxmış Xocalı faciəsinin ildönümü universitetdə də silsilə tədbirlərlə qeyd olunur. Anım tədbirində prorektor Gülsüm Fətəliyeva erməni millətçilərinin keçmiş sovet ordusunun 366-cı alayınin köməyi ilə 29 il əvvəl Xocalıda törətdikləri qırğının acı nəticələri barədə danışıb. Bildirib ki, ermənilərin1992-ci il fevralın 25-dən 26-sına keçən gecə Xocalıda həyata keçirdikləri amansız qətliam bəşəriyyətə və insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətdir. Xocalı haqqında həqiqətlərin üzə çıxarılması, bu faciənin xalqımıza qarşı soyqırım aktı kimi tanınması üçün dövlətimiz tərəfindən bütün zəruri addımlar atılıb. Bu günlərdə yaşadığımız 44 günlük müharibədə qazanılan qələbədə azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz öz sözünü dünyaya çatdırdı. Gülsüm Fətəliyeva onu da qeyd etdi ki, bizlər və siz gənclər azad olunmuş torpaqlarımızı bərpa etmək üçün hər zaman birlik olub Ali Baş Komandanın ətrafında “Dəmir yumruq” olmalıyıq.
Riyaziyyat informatika fakultəsinin dekanı dosent Oruc Hüseynov Xocalı qətliamının insanlığa qarşı yönəlmiş amansız cinayət olduğunu çıxığında bildirərək, erməni millətçilərinin xalqımıza qarşı zaman-zaman həyata keçirdikləri soyqırım siyasətindən ətraflı bəhs edib. Xocalı faciəsinin dəhşətli nəticələrindən tələbələrə geniş məlumat verib. Orus Hüseynov bildirmişdir ki, Xocalı soyqırımına dövlət səviyyəsində verilən dəyərin bizim bu günkü qələbəmizdə böyük payı var. Hər il bu dəhşətli genosidin eyni hüzütlə yad edilməsi Azərbaycan gənslərinin vətənpərvərlik ruhunda yetişməsinə gətirib çıxarır.
Keçirilən tədbirdə Riyaziyyat informatika fakultəsinin tələbələri Nağıyeva Alsu “Xocalı faciəsi – şahidlərin dilindən” mövzusunda, Bayramova Aysu “İnsanlığın son gecəsi” mövzusunda, Mahmudova Könül “29 illik fəryad” mövzusunda çıxış etmişlər, Salahova Aysel “Xocalı” şerini, Əlizadə Cəmalə “Xocalının ağısı”, Cəfərova Ruslanə “Xocalı faciəsi”, Əsədli Nərgiz “Anaların fəryadı” adlı şerləri səsləndirmişlər.