“Diferensial tənliklər –1211.01” ixtisası üzrə Fəlsəfə Doktoru Proqramı əsasında sabiq əyani doktorant Quliyeva Sevinc Bakir qızının “Ox üzrə və izləmə qüvvələrinin təsiri altında olan milin eninə rəqslərinə uyğun diferensial tənliyin məxsusi funksiyalarının xassələri” mövzusunda fəlsəfə doktoru dissertasiya işinin müzakirəsi keçiriləçəkdir.
Müzakirə, fakültə və kafedra üzvlərinin qismən əyani iştirakları və eyni zamanda distant (məsafədən) qoşulmaları təmin olunmaqla təşkil edilir. Dissertasiya işi ilə tanış olmaq istəyənlər Riyazi analiz kafedrasına müraciət edə bilərlər.
Müzakirə 01.04.2021-ci il tarixində saat 14:00-da keçiriləcəkdir.
Ünvan: Heydər Əliyev prospekti 429, GDU I-korpus, otaq № 21