Məmmədova Cəbərrüd Müzəffər qızı
Ümumi riyaziyyat kafedrasının baş müəllimi.
Əlaqə nömrələri:
QISA BIOQRAFIK MƏLUMAT
11.03.1964-ci ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur.
1971-ci ildə Gəncə şəhər Maksim Qorki (indiki İsmət Qayıbov) adına 1 saylı orta məktəbin 1-ci sinifinə başlamış və 1981-ci ildə fərqlənmə qiymətləri ilə bitirmişdir.
1981-ci ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul olmuş və 1987-ci ildə isə bitirmişdir.
Ailəlidir.
TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ
Ali
ƏMƏK FƏALİYYƏTİ
1987-ci ildə təyinatla Daşkəsən rayonunda əmək fəaliyyətinə başlamışam.
1990-1998-ci ilə kimi Gəncə şəhər 34 saylı orta məktəbin rus bölməsində riyaziyyat müəllimi vəzifəsinə təyin edildim.
1998-2002 ci illərdə 2 saylı internat məktədə dəyişildim.
2002-ci ildən Gəncə Dövlət Universitetində “Riyaziyyatın tədrisi metodikası” kafedrasında müəllim vəzifəsində çalışmağa başlamış və hal-hazırda həmin kafedrada (indiki “ümumi riyaziyyat” kafedrasında) baş müəllim vəzifəsində çalışmaqdadır.
Elementar riyaziyyat, Analiz və cəbrin ədədi üsullarla həlli, Müasir məktəb kursunun elmi əsasları və s. fənnlərini tədris edir.
12 elmi məqalənin müəllifidir. Bundan əlavə bir neçə fənn proqramının tərtibində müəllif kimi iştirak etmişdir.
TƏDQİQAT SAHƏSİ
Riyaziyyatın tədrisinin aktual məsələləri
SEÇİLMİŞ ƏSƏRLƏRİ
- Həndəsənin digər ümumtəhsil fənnlərilə əlaqəli tədrisinə dair
- Həndəsə və coğrafiya fənlərilə əlaqəlitədrisi təcrübəsindən
- Həndəsənin tədrisi keyfiyyətinin yüksəldilməsində fənlərarası əlaqənin rolu.
- Praktik məzmunlu həndəsə məsələlərinin həlli yolları.
- Müasir təlim üsulları vasitəsilə məktəb həndəsə kursunun tədrisi keyfiyyətinin yüksəldilməsi.
- Riyaziyyat və fizika fənlərinin qarşılıqlı əlaqəli tədrisi.
- XI sinif həndəsə kursunda “fiqurların həcmi” mövzusunun cəbrlə əlaqələndirilməsi.
- Операторы преобразования для экспоненциально растущего потенциала уравнения Штурма-Лиувилья.
- Funksiyaların dövrülük xassələrinin araşdırılması