1976 – 1982-ci illərdə Bauman adına Moskva Dövlət Texniki Məktəbin (hal-hazırda Rus dilində həmin ali texniki məktəbin adı belədir – Московский Государственный Технический Университет имени Баумана (МГТУ им. Баумана).
1986 – 1990-cı illərdə işdən ayrılmadan Azərbaycan EA Riyaziyyat və Mexanika İnstitunun aspirantı olmuşdur.
1983 – 2008-ci illərdə Gəncə şəhərində Azərbaycan Texnologiya Universitetində (AzTU-da) müəllimlik vəzifəsində çalışıb.
2008-ci ildən başlayaraq bu günə qədər Gəncə şəhərində Gəncə Dövlət Universitetində müəllimlik vəzifəsində çalışır.
1976 – 1982-ci illərdə Bauman adına Moskva Dövlət Texniki Məktəbinin Mexanika Konstruktorluğu fakültəsinin Maşınların və Aparatları Dinamikası və Möhkəmliyi ixtisasında ali təhsilini almışdır.
1990-cı ildə fizika-riyaziyyat elmlər elmi adını almışdır (EA Riyaziyyat və Mexanika Elmi Tədqiqat İnstitutu).
ƏMƏK FƏALİYYƏTİ
1983-2008-ci illərdə Gəncə şəhərində AzTU-da müəllimlik vəzifələrində işləmişdi.
1998-2003cü illərdə AzTU-dan ayrılmadan Gəncə Aviasiya Təmiri Zavodumda rəhbər mühəndislik sahəsində işləmişdi.
2008-cü ildən bu günə qədər Gəncə Dövlət Universitetində (GDU-da) müəllimlik sahəsində işləyir.
2014-cü ildən başlayaraq GDU-dan ayrılmadan Milli Aviasiya Akademiyasında tədris və elm sahəsində əməkdaşlıq edir.
TƏDQİQAT SAHƏSİ
Müasir proqram təminatlarında proqramlaşdırma metodları.
Kompyuter modelləşdirməsi.
Riyazi modelləşdirmə.
Qeyri-xətti dinamik sistemlər və onların analizi.
Qeyri səlis sistemlər və avtomatlaşdırılmış idarəetmə sistemləri.
Kompyuter riyaziyyatının elmdə, texnikada və tədrisdə tətbiqi.
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
Dəfələrlə beynəlxalq (Scopus, Thomson Reuters) statuslu elmi konfransların iştirakçısı olmuşdur.
SEÇİLMİŞ ƏSƏRLƏRİ
Computer simulation of the modificated stochastic – continual model of combat operations via Simulink. Məqalə, The 4th Congress of the Turkic World Mathematical Society (TWMS) Baku, Azerbaijan, 1-3 July, 2011.
Interactive Teaching Methods of Mathematical Physics by the methods of Computer Visualization. Məqalə, 2012 6th International Conference on Application of Information and Communication Technologies (AICT) proceedings, pg. 405 – 409, Tbilisi, Georgia, 17 – 19 October, 2012.
Methodology of laboratory workshops on computer modeling with programming in Microsoft Excel Visual Basic for Applications məqalə
2013 7th International Conference on Application of Information and Communication Technologies (AICT) proceedings, pg. 416 – 420, Baku, Azerbaijan, 23 -25 October, 2013.
Xətti proqramlaşdırma məsələlərinin simpleks metodu ilə həlli. Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodiki Şurası «Riyaziyyat» bölməsinin 27 yanvar 2001 ci il tarixli 14 saylı protokolu ilə təsdiq edilmiş metodik göstəriş.
Həqiqi birdəyişənli funksiyalar və kompüter riyaziyyati (mathcad və maple). Dərs vəsaiti “Azərbaycan Təhsil Nazirliyi Elmi-Metodiki Şurasının “Riyaziyyat” bölməsinin 14 yanvar 2010-cu il tarixində 02 saylı protokolu ilə təsdiq edilmişdir, Gəncə Dövlət Universitetinin Nəşriyyatı.
Obyektyönlü proqramlaşdirma: Microsoft Visual Basic for Applications. Dərs vəsaiti, 408 s. Azərbaycan Təhsil Nazirliyi 18.02.2014 tarixi 202 №-li əmri ilə qrif verilmişdi. PDF formatında İnternet mühitində WWW: informatics.az saytında və həmçinin GDU-nun sayatında geniş oxucular icması üçün əlçatandır.
Python proqramlaşdırma dili elmi hesablamalarda. Dərs vəsaiti “Star Çap Evi”, Gəncə, 2021. GDU-nun 08/04/2021 tarixi ilə 5/97 saylı əmri və riyaziyyat-informatika fakültəsi Elmi Şurasının 25/02/2021 tarixi ilə iclasın 05 saylı protokoluna əsasən təsdiq edilmişdi.
Aviasiyada intellektual texnologiyalar. Dərs vəsaiti. Azərbaycan Hava Yolları QSC Baş İdarəsinin Poliqrafiya Mərkəzi, Bakı, 2020. MAA-nın Elmi-Metodiki Şurasının iclasının 29/12/22 tarixli qərarı (protokol 10/19) ilə təsdiq olunmuşdur.
Ə.S. Səmədov, İ.M. İsmayılov, S.T. Hüseynov. Nəzəri mexanika məsələlərinin kompüter riyaziyyatı ilə həlli. I hissə: Statika. Dərs vəsaiti. Milli Aviasiya Akademiyasının Elmi-Metodik Şurası iclasının 05 aprel 2022-ci il tarixli qərarı (protokol 03/22) ilə təsdiq olunmuşdur.166 s., Bakı, 2022.
Ə.S. Səmədov, S.T. Hüseynov. Materiallar mexanikası məsələlərinin kompüter riyaziyyatı ilə həlli. Dərs vəsaiti. Milli Aviasiya Akademiyasının Elmi-Metodik Şurası iclasının 05 aprel 2023-cü il tarixli qərarı (protokol 03/22) ilə təsdiq olunmuşdur.232 s., Bakı, 2023.
Dil bilgisi
Sərbəst olaraq, İngilis və Rus dillərini bilir və bu dillərdə mühazirə və seminarlar aparır.