Tələbə Elmi Cəmiyyətinin “Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 – cü il dönümü”nə həsr olunmuş elmi konfransı keçirilmişdir

 21 dekabr 2023-cü il tarixində saat 1100-da Gəncə Dövlət Universitetinin Riyaziyyat – informatika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin “Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 – cü il dönümü”nə həsr olunmuş konfransı keçirilmişdir.

Konfransda Azərbaycanın Respublikasının Dövlət Himni səsləndirildikdən sonra dahi şəxsiyyət Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

         Riyaziyyat informatika fakültəsinin dekanı dos.O.Hüseynov açaraq qeyd etmişdir ki, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli  dövlət xadimi olan Heydər Əliyev çağdaş tariximizdə əbədiləşmiş, respublikamıza rəhbərliyinin bütün dövrlərində vətən və xalq qarşısında misilsiz xidmətlər, xilaskarlıq missiyası, zəngin dövlətçilik nümunəsi göstərmişdir. Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalqımızın rifahını düşünərək bu ali amal uğrunda yorulmaz fəaliyyət göstərərək, qəlblərdə daim sevgi, xatirələrdə əbədiyaşarlıq qazanmışdır. Aydındır ki, bir milləti məhv etmək üçün onun elmini, təhsilini məhv etmək kifayətdir. Məhz bu konteksdən yanaşdıqda, Heydər Əliyev Azərbaycan xalqını məhv olmaqdan xilas etdi. Ölkəyə rəhbərliyin ilk illərində sürətli iqtisadi inkişafın təmin edilməsini, Azərbaycanın dünyaya yaxından inteqrasiya olunmasını, beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilməsini əsas məqsəd kimi seçən ümummilli lider ölkədə təhsil islahatları aparılmasının zəruriliyini vurğulayaraq, hər bir inkişafın elm və təhsildən asılı olduğunu qeyd edirdi. Ulu öndərin öz sözləri ilə desək: “Təhsil sistemimizin hazırkı vəziyyətini, onun problemlərini dərindən öyrəndikdən sonra prioritet sahələr müəyyən edilməlidir”.

Çıxışının davamında dos.O.Hüseynov qeyd etmişdir ki, bu gün bu cür konfransların təşkili gənc nəslin inkişafı və elmdə olan naliyyətlərimizin artmasında xüsusi rol oynayacaqdır. Bunun üçün də Tələbə Elmi Cəmiyyətinin bu günki təşəbbüsü yüksək qiymətləndirilir.

Riyazi analiz kafedrasının müdiri, prof. Orucəli Rzayev,  İnformatika və cəbr kafedrasının müdiri, dos.İ.Cabbarov çıxış edərək Ulu öndər Heydər Əliyev Azərbaycan elminin, təhsilinin, mədəniyyətinin, iqtisadiyyatının, ümumiyyətlə respublikanın bütün sahələrdə inkişafı üçün böyük işlər görmüşdür. Bu gün Azərbaycan gəncinin hədəfi ölkəmizin elmi potensialını ən üst səviyyəyə gətirməkdir. Buna görə də bu cür konfransların təşkili tələbələrin gələcək elmi fəaliyyətlərində də, səmərəli rol oynayacaqdır.

Konfransda adları aşağıda qeyd olunan tələbələr məruzə çıxış etmişlər.

1. Diferensial hesabının yaranma tarixi

Məruzəçi: Neymətov Nazim

Rəhbər müəllim: İbrahimova Səbinə

2. Rekkurent üsulla verilmiş  ardıcıllıqların tapılması.

Məruzəçi: Mahmudova Aytac

Rəhbər müəllim: Bəşirova Nurəngiz

3. Çoxhədlinin köklərinin tapımasına Ostroqradski üsulunun tətbiqi.

Məruzəçi: Rəhimova Sevinc

Rəhbər müəllim: İbrahimova Səbinə

4. Törəmə anlayışının funksiyanın monotonluğunun araşdırılmasına tətbiqi

Məruzəçi: Namazova Xumar

Rəhbər müəllim: Bəşirova Nurəngiz

5.İkiqat inteqralın təkrar inteqrala gətirilməsi

Məruzəçi: Məmmədova Sevil

Rəhbər müəllim: Hüseynov Oruc

6.Müəyyən inteqralın təqribi hesablamalara tətbiqi

Məruzəçi: Mirzəzadə Nurgün

Rəhbər müəllim: Məmmədov Tahir

Məruzəçilərin çıxışları yekunlaşdıqdan sonra hər bir məruzə üzrə tələbələrə müvafiq suallar verildi. Verilən suallara hər bir məruzəçi qənaətbəxş cavab verdi. Məruzədə qoyulan məsələləri elmi və nəzəri cəhətdən izah etdilər. Daha sonra çıxışlar açıq səsvermə yolu ilə qiymətləndirildi. Məruzəçilərin və onların rəhbər müəllimləri “Təşəkkürnamə” ilə təltif olunması yekdilliklə qəbul olundu.

Protokol № 02

 21 dekabr 2023-cü il tarixində saat 1100-da Gəncə Dövlət Universitetinin Riyaziyyat – informatika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin “Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 – cü il dönümü”nə həsr olunmuş konfransı keçirilmişdir.

GÜNDƏLİK MƏSƏLƏLƏR:

  1. “Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 cü il dönümü”nə həsr olunmuş konfransa məqalə tədqim edən tələbələrin çıxışları.
  2. Konfransda çıxış edən məruzəçi tələbələrin “Fəxri fərman” və “Təşəkkürnamə” ilə qiymətləndirilməsi.

İŞTİRAK ETDİLƏR:

  1. Riyaziyyat – informatika fakültəsinin dekanı, dos.Oruc Hüseynov
  2. Humanitar məsələlər üzrə dekan müavini, t.f.d.Nurəngiz Bəşirova
  3. Riyazi analiz kafedrasının müdiri, prof. Orucəli Rzayev
  4. İnformatika və cəbr kafedrasının müdiri, dos. İlqar Cabbarov
  5. İnformatika və cəbr kafedrasının p.f.d.İlhamə Zeynalova
  6. İnformatika və cəbr kafedrasının müəllimi İsmət Budaqov
  7. Tələbə Elmi Cəmiyyətinin sədri Mustafayeva Ofelya
  8. Tələbə Elmi Cəmiyyətinin sədr müavini  Novruzova Rüdabə
  9. Tələbə Gənclər Təşkilatının sədr müavini İsmayılov Xəlil
  10. Tələbə Həmkarlar Təşkilatının sədri Paşayeva Leyla
  11. Tələbə Həmkarlar Təşkilatının sədr müavini Allahverdiyev Tural
  12. Riyaziyyat müəllimliyi 2 kurs tələbəsi İsmayılov İnqilab
  13. Riyaziyyat müəllimliyi 2 kurs tələbəsi Mahmudlu Aytac
  14. Riyaziyyat müəllimliyi 2 kurs tələbəsi Rəhimova Sevinc
  15. Riyaziyyat müəllimliyi 2 kurs tələbəsi Namazova Xumar
  16. Riyaziyyat və informatika müəllimliyi 1 kurs tələbəsi Məmmədova Sevil
  17. Kompüter elmləri 1 kurs tələbəsi Mirzəzadə Nurgün
  18. Riyaziyyat və informatika müəllimliyi 1 kurs tələbəsi Abbaszadə Nəzrin
  19. Riyaziyyat və informatika müəllimliyi 1 kurs tələbəsi Mustafayeva Şəms
  20. Riyaziyyat və informatika müəllimliyi 1 kurs tələbəsi Bayramova Firəngiz
  21. Riyaziyyat və informatika müəllimliyi 1 kurs tələbəsi Əkbərov Məzahir
  22. Riyaziyyat və informatika müəllimliyi 1 kurs tələbəsi Heydarlı Əli
  23. Riyaziyyat və informatika müəllimliyi 1 kurs tələbəsi Həsənli Günay
  24. Riyaziyyat və informatika müəllimliyi 1 kurs tələbəsi Mamedova Türkan
  25. Riyaziyyat və informatika müəllimliyi 2 kurs tələbəsi Süleymanlı Dərya

E Ş İ D İ L D İ 1:

Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra dahi şəxsiyyət Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

         Daha sonra konfransı Riyaziyyat informatika fakültəsinin dekanı dos.O.Hüseynov açaraq qeyd etmişdir ki, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli  dövlət xadimi olan Heydər Əliyev çağdaş tariximizdə əbədiləşmiş, respublikamıza rəhbərliyinin bütün dövrlərində vətən və xalq qarşısında misilsiz xidmətlər, xilaskarlıq missiyası, zəngin dövlətçilik nümunəsi göstərmişdir. Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalqımızın rifahını düşünərək bu ali amal uğrunda yorulmaz fəaliyyət göstərərək, qəlblərdə daim sevgi, xatirələrdə əbədiyaşarlıq qazanmışdır. Aydındır ki, bir milləti məhv etmək üçün onun elmini, təhsilini məhv etmək kifayətdir. Məhz bu konteksdən yanaşdıqda, Heydər Əliyev Azərbaycan xalqını məhv olmaqdan xilas etdi. Ölkəyə rəhbərliyin ilk illərində sürətli iqtisadi inkişafın təmin edilməsini, Azərbaycanın dünyaya yaxından inteqrasiya olunmasını, beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilməsini əsas məqsəd kimi seçən ümummilli lider ölkədə təhsil islahatları aparılmasının zəruriliyini vurğulayaraq, hər bir inkişafın elm və təhsildən asılı olduğunu qeyd edirdi. Ulu öndərin öz sözləri ilə desək: “Təhsil sistemimizin hazırkı vəziyyətini, onun problemlərini dərindən öyrəndikdən sonra prioritet sahələr müəyyən edilməlidir”.

Çıxışının davamında dos.O.Hüseynov qeyd etmişdir ki, bu gün bu cür konfransların təşkili gənc nəslin inkişafı və elmdə olan naliyyətlərimizin artmasında xüsusi rol oynayacaqdır. Bunun üçün də Tələbə Elmi Cəmiyyətinin bu günki təşəbbüsü yüksək qiymətləndirilir.

ÇIXIŞLAR

Riyazi analiz kafedrasının müdiri, prof. Orucəli Rzayev bildirdi ki, Ulu öndər Heydər Əliyev Azərbaycan iqtisadiyyatının inkişafı üçün böyük işlər görmüşdür. Bu gün Azərbaycan gəncinin hədəfi ölkəmizin iqtisadi potensialını ən üst səviyyəyə gətirməkdir. Buna görə də bu cür konfransların təşkili tələbələrin gələcək elmi fəaliyyətlərində də, səmərəli rol oynayacaqdır.

İnformatika və cəbr kafedrasının müdiri, dos.İ.Cabbarov qeyd etdi ki, günümüzün reallıqları sübut edir ki, hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu istiqamətdə aparılan işlər Azərbaycan xalqının xoş gələcəyinə xidmət edəcək səviyyədə uğurla davam etdirilir. Eyni zamanda, bütün bunlar elm adamlarının daha da fəallaşmasını, ölkədə həyata keçirilən islahatların elmi əsaslarının işlənib hazırlanmasında xüsusi fəallıq göstərilməsini tələb edir. Məlumdur ki, ən əhəmiyyətli nəticə nəzəri və praktiki biliklərin birləşməsindən əldə edilir. Başqa sözlə desək, praktiki əhəmiyyəti olmayan nəzəri düşüncələr bazar iqtisadiyyatının hökmran olduğu müasir dövrümüzdə tədricən sıradan çıxır. Bu baxımdan da, elm adamlarının praktiki cəhətdən əhəmiyyətli olan təklif və tövsiyələrlə çıxış etməsi ölkənin davamlı sosial-iqtisadi inkişafının başlıca amillərindən biri kimi qəbul edilməlidir. Yalnız bu halda əldə edilmiş dinamik inkişafı davamlı inkişafa çevirmək mümkündür. TEC fəaliyyəti dövründə bu şəkildə konfransların təşkil olunması təqdirə layiqdir.

Humanitar məsələlər üzrə dekan müavini, t.f.d.N.Bəşirova qeyd etdi ki, bu günki konfransda 6 nəfər tələbənin apardığı elmi işin nəticələri ilə bağlı çıxışlar nəzərdə tutulmuşdur ki, bu TEC-in uğurlu fəaliyyətinin nəticəsidir.

N.Bəşirova plenar mövzulara dair siyahını oxumuş və məruzəçilərə söz vermişdir.

1. Diferensial hesabının yaranma tarixi

Məruzəçi: Neymətov Nazim

Rəhbər müəllim: İbrahimova Səbinə

2. Rekkurent üsulla verilmiş  ardıcıllıqların tapılması.

Məruzəçi: Mahmudova Aytac

Rəhbər müəllim: Bəşirova Nurəngiz

3. Çoxhədlinin köklərinin tapımasına Ostroqradski üsulunun tətbiqi.

Məruzəçi: Rəhimova Sevinc

Rəhbər müəllim: İbrahimova Səbinə

4. Törəmə anlayışının funksiyanın monotonluğunun araşdırılmasına tətbiqi

Məruzəçi: Namazova Xumar

Rəhbər müəllim: Bəşirova Nurəngiz

5.İkiqat inteqralın təkrar inteqrala gətirilməsi

Məruzəçi: Məmmədova Sevil

Rəhbər müəllim: Hüseynov Oruc

6.Müəyyən inteqralın təqribi hesablamalara tətbiqi

Məruzəçi: Mirzəzadə Nurgün

Rəhbər müəllim: Məmmədov Tahir

Məruzəçilərin çıxışları yekunlaşdıqdan sonra hər bir məruzə üzrə tələbələrə müvafiq suallar verildi. Verilən suallara hər bir məruzəçi qənaətbəxş cavab verdi. Məruzədə qoyulan məsələləri elmi və nəzəri cəhətdən izah etdilər. Daha sonra çıxışlar açıq səsvermə yolu ilə qiymətləndirildi. Məruzəçilərin və onların rəhbər müəllimləri “Təşəkkürnamə” ilə təltif olunması yekdilliklə qəbul olundu.

QƏRAR

  1. Tələbə Elmi Cəmiyyətinin “Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 – cü il dönümü”nə həsr olunmuş konfransında çıxış edən məruzəçilərin çıxışları qənaətbaxş hesab olunsun.
  2. Konfranda iştirak edən məruzəçilər və rəhbər müəllimlərin “Təşəkkürnamə” ilə təltif olunsunlar.

Sədr:                       O.Mustafayeva 

 Katib:                         R.Novruzova