Monitorinq və qiymətləndirmə komissiyasının 20 dekabr 2023-cü il tarixli iclası

GDU-nin Riyaziyyat – Informatika fakültəsinin tərkibində fəaliyyət göstərən Monitorinq və qiymətləndirmə komissiyasının 20 dekabr 2023-cü il tarixli iclasının 1 sayli iclası keçirilmişdir:

İŞTİRAK ETDİLƏR:

Sədr: Dos.Hüseynov Oruc Mustafa oğlu – fakültə dekanı, elmi şuranın sədri; R.ü.f.d.Məmmədov Rauf Məmməd oğlu – tədris məsələləri üzrə dekan müavini, Prof.Rzayev Orucəli Hüseynqulu oğlu – Riyazi analiz kafedrasının müdiri; Verdiyeva Gülmira Zahid qızı – İnformatika və cəbr kafedrasının dosenti; Dos.Cabbarov İlqar Şikar oğlu – İnformatika və cəbr kafedrasının müdiri; Dos.Zeynallı Sübhiyyə Məmməd qızı –  Ümumi riyaziyyat kafedrasının müdiri; T.ü.f.d.Əliyeva Gülarə Əlvan qızı – Azərbaycan tarixi kafedrasının dosenti; Məmmədova Günel Əflatun qızı – Azərbaycan dili kafedrasının baş müəllimi; İsayeva Aytən Cabbar – Sosial fənlər kafedrasının baş müəllimi; F.ü.f.d.İmanova Sevinc Ramazan qızı – Fizika kafedrasının baş müəllimi; Əfəndiyeva Aytən Üzeyir qızı – Praktik xarici dillər kafedrasının baş müəllimi; P.ü.f.d. Pirverdiyeva Göyçək İsfəndiyar qızı – Ümumi pedaqogika kafedrasının dosenti; Cabbarova Telli Rəhim qızı – Psixologiya kafedrasının baş müəllimi; Ələkbərova Zülfiyyə Bəxtiyar qızı – Fiziki tərbiyə, c.q.h. və mülki müdafiə kafedrasının baş müəllimi; Fərzəliyev Elşad Abdulla oğlu – İdarəetmə kafedrasının baş müəllimi; Qənbərova Günel Rauf qızı – 29 saylı tam orta məktəbin təlim – tərbiyə işləri üzrə direktor müavini, informatika müəllimi; Vəliyeva Səbinə Şahlar qızı– Riyaziyyat və informatika müəllimliyi  2023-cü il məzunu; Əliyeva Arzu Ramiz qızı – Riyaziyyat müəllimliyi 2022-ci il məzunu; İsmayılov İnqilab İttifaq oğlu – Riyaziyyat müəllimliyi 2-ci kurs tələbəsi; Əlbəndov Fərid Zamin oğlu – Riyaziyyat və informatika müəllimliyi 3-cü kurs tələbəsi; Ədilova Könül Rauf oğlu – İnformatika müəllimliyi 3-cü kurs tələbəsi; İsmayıllı Aysun Sabit qızı – Kompüter elmləri 2-ci kurs tələbəsi; Vəliyev Fizuli Alik oğlu – Turanbank baş mütəxəssis; Hümbətova Aynur  Məhəmməd qızı–Gəncə şəhəri  Asan xidmət, baş mütəxəssis.

GÜNDƏLİK MƏSƏLƏ:

Ali təhsil pilləsində fənn proqramları və fənlər üzrə işçi-tədris proqramlarının (sillabus) hazırlanması, təsdiq edilməsi qaydalarından irəli gələn vəzifələrin icrasının təşkili  vəziyyəti.