Yeni iliniz mübarək!

21.12.2023-cü il tarixində Riyaziyyat – informatika fakültəsində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə «Sehirli yeni il» adlı tədbir keçirilmişdir. Tədbiri Kərimova Nuray və İsmayılov İnqilab aparıcılıq edirdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elən edilmişdir. Sonra Ümummilli Lider Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsininə bir dəqiqəlik sükut elan edilmişdir. Tədbirdə GDU-nun Humanitar məsələlər üzrə prorektoru dos.G.Fətəliyeva çıxış etmişdir. «Sehirli yeni il» tədbirində fakültənin THT sədri Paşayeva Leyla və TGT sədri İsmayılov Əli fəal iştirak etmişlər. Tədbirdə Riyaziyyat müəllimliyi II kurs tələbələri – Mahmudlu Aytac və Həsənova Aysunun ifasında rəqs nümayiş olunmuşdur.  Tələblərdən Məhərrəmova Ulduz, Mustafayeva Aysu, İbrahimova Ülviyyə, Həsənova Leyla, Yusifli Almazdan ibarət xorun  ifasında mahnılar səslənmişdir. İmanov Nicat, İsmayılov Xəlil, Həsənova Aysu, Allahverdiyev Tural,Yusifli Almaz, Sabirov Elmir və Hacıyeva Rəbiyyə «İmtahan» adlı əyləncəli səhnəcik nümayiş olunmuşdur. Abdulov Tunarın gitarada müşayəti altında  İsmayılova Mədinə mahnılar ifa etmişdir. Şamilov Elmir sazda ifa etmişdir. Səfərova Familə və Məmmədli Amin mili rəqs nümayiş etdirmişlər. Tədbirə Şaxta baba – Məmmədov Amin və Qar qız – Mirzəzadə Nurgin xüsusi rəng qatmışlar.

         Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni iliniz mübarək olsun!