“Kompüterlərin texniki təminatı (HARDWARE )” mövzusunda açıq dərs keçirilmişdi

17 noyabr 2022-cı il tarixdə İnformatika və cəbr kafedrasının müəllimi İlhamə Zeynalovanın Riyaziyyat və informatika müəllimliyi 2 kursunda İnformatikanın nəzəri əsasları fənnindən laboratoriya dərsi keçirilmişdir.

Mövzunu məqsədi : Tələbələri kompüterlərin texniki təminatı ilə tanış etmək, onlarda kompüterin əsas və köməkçi hissələri, daxiletmə – xaricetmə qurğuları, yaddaş qurğuları və onların iş prinsiplərinə aid bilik, bacarıq və vərdişlərin formalaşdırılması.

Dərsin izahı:Kompüter texnikasının yaranma tarixi proqramla işləyən ilk universal kompüterin – ENİAC –ın yaradıldığı vaxtdan (1946-cı il) başlanır.

Con Fon Neyman prinsipinə əsasən kompüter iki hissədən – mərkəzi hissədən və periferiya (xarici ) hissədən ibarətdir.

Mərkəzi hissə – hesab-məntiq qurğusundan (HMQ), idarəetmə qurğusundan (İQ) və daxili yaddaş qurğusundan (DYQ) ibarətdir.

Müasir kompüterlərdə HMQ və İQ prosessor adlananquurğuda birləşdirilir.

Periferiya hissəsinə – xarici yaddaş qurğuları (XYQ), daxiletmə-xaricetmə qurğuları (DXQ), idarə pultu daxildir.

Mərkəzi hissə ilə periferiya hissəsi sistem interfeysi adlanan aparat- proqram vasitəsilə əlaqələndirilir. Sistem interfeysi periferik hissədən gələn siqnalların mərkəzi hissəyə ötürülməsini təmin edir.

Kompüterlərin əsas tərkib hissələri – dedikdə elə qurğular nəzərdə tutulur ki, onlar olmadan kompüterin işləməsi mümkün deyil.

Sistem blokun daxilində qida bloku (kompüteri elektrik enerjisi ilə təmin edir, ötürülən gərginliyi qəbul edərək dəyişən cərəyanı sabit cərəyana çevirir, qurğuları gərginlik ilə təmin edir, ventilyator ilə sistem blokun içərisindəki temperaturu nizamlayır.), kompüterin XY-ı (HDD, SSD), ana plata ( üzərində mikroprosessor, portlar, səs kartı, şəbəkə kartı, video kart, RAM, ROM, CMOS, keş yaddaş, sayğac, şinlər və s. yerləşir), xaricdən isə onun üzərində Power düyməsi, disk sürücüləriportlar ( LPT, COM, PS/2, VGA, HDMI, USB, RJ-45, Audio in, audio out, microphone və s.) yerləşir.

Klaviatura – 4 ( hərf-rəqəm, funksionasl, idarəetmə və xüsusi düymələr) qrupa bölünmüş 104/105 düymədən ibarət olur.

Monitorlar – elektron- şüa borulu (CRT), maye- kristallı ( LCD), plazma və LED monitorlar.

Periferiya qurğuları – informasiyanı kompüterə daxil etmək və xaric etmək üçün istifadə olunur. Kompüterlə əlaqələndirilməsi üçün kontroller adlı mikrosxemdən və drayver adlı proqram təminatından istifadə olunur.

DQ (giriş qurguları): klaviatura, maus, skaner, mikrafon, qrafik planşet, veb kamera, TV-tüner, MİDİ klaviatura (musiqi aləti kimi istifadə olunur).

XQ (çıxış qurğuları): monitor, printer, plotter, proyektor, səs ucaldanlar, qulaqcıqlar, akustik sistemlər.

Həm giriş , həm də çıxış qurğulari: sensor monitor, səs kartı, modem, faks qurğusu, disk sürücüləri.

Daxili və xarici yaddaş qurğuları.

DY: əməli yaddaş (RAM), daimi yaddaş (ROM) , keş yaddaş.

XY: fləş kartlar, mikrokartlar, maqnit lentlərində yaddaş(strimer), elastik maqnit disklərində , optik maqnit disklərində (CD, DVD), sərt maqnit disklərində (HDD, SSD) yaddaş və s.

Tapşırıqlar:

1. Kompüterlərin texniki təminatı ilə bağlı nəzəri biliklərin öyrənilməsi.

2. Müxtəlif tip (mətn, audio, qrafik) informasiyaların daxil edilməsi.

3. Müxtəlif tip (mətn, audio, qrafik) informasiyaların xaric edilməsi.

4. Qurğuların iş prinsipinin nümunələr üzərində izahı.

5. Kompüterlərin texniki təminatı ilə bağlı test tapşırıqlarının işlənməsi.

6. Yerinə yetirilmiş tapşırıqların hesabat və ya elektron təqdimat şəklində təhvil verilməsi.

Dərsdə dos.T.Məmmədov, b.m.N.Bəşirova, b.m.S.Orucova, müəllim S.Babayeva, b.m. K.Salmanova və kafedranın digər əməkdaşları iştirak etdilər. Açıq dərs yüksək səviyyədə qiymətləndirilmişdir.