21 noyabr 2022-cı il tarixdə Riyazi analiz kafedrasının müəllimi Aysel Ağazadənin Riyaziyyat və İnformatika müəllimliyi 4 kursunda Ehtimal nəzəriyyəsi və riyazi statistika fənnindən seminar dərsi keçirilmişdir. “Asılı və asılı olmayan təsadüfi kəmiyyətlərə aid və şərti paylanma və şərti sıxlıq funksiyasına aid məsələlər həlli” mövzusunda açıq dərsin məqsədi Riyaziyyat və informatika müəllimliyi ixtisasının tələbələrinə asılı və asılı olmayan təsadüfi kəmiyyətlərin həllərini tələbələrə öyrətmək. Eləcədə şərti paylama və şərti sıxlıq funksiyalarının çıxarılması qaydalarını tələbələrə öyrətmək və bu düsturların tətbiqi etmək vərdişləri yaratmaqdır. Dərsdə dos.T.C.Məmmədov, dos.N.Neymətov, b.m.N.Bəşirova, b.m.S.İbrahimova, müəllim B.Vəliyeva, müəllim G.Yusifova və kafedranın digər müəllimləri iştirak etmişlər. Açıq dərs yüksək qiymətləndirilmişdir.