17 noyabr 2022-cı il tarixdə İnformatika və cəbr kafedrasının dosenti Sahib Hüseynovun Riyaziyyat və informatika müəllimliyi 5 kursunda Riyazi proqramlar paketi fənnindən mühazirə dərsi keçirilmişdir. “3D qrafiklərdə səpələnmiş nöqtələrin (“scatter plot”) göstərilməsi” mövzusunda açıq dərsin mahiyyəti Python proqramlaşdırma dilinin elmi qrafika sahəsinə aid idi. Daha dəqiq deyilsə mühazirə 3 ölçülü fəzada analitik funksiyalar şəklində verilmiş riyazi funksiyaların və yaxud təcrübədən alınmış verilənlərin qrafiklərinin Python proqramlaşdırma mühitində Matplotlib riyazi paketinin əsasında yaradılmasına həsr edilmişdi. Matplotlib elmi qrafika RPP-si və onun Python proqramlaşdirma mühitində tətbiqinin xüsusiyyətləri bakalavr tərəfindən interaktiv rejimdə mənimsənilməlisi tədrisdə nail olunası məqsəd kimi qarşıya qoyulmuşdu.
Dərsdə kafedra müdiri dos.İ.Cabbarov, dos.T.Məmmədov, dos. E.Cəfərli, b.m. İ.Zeynalova və kafedranın digər müəllimləri iştirak etmişlər. Açıq dərs yüksək qiymətləndirilmişdir.