19.02.2023-ci il tarixdə Riyaziyyat – informatika fakültəsinin Xocalı soyqırımının 31-ci il dönümünə həsr olunmuş “Xocalı faciəsi – tariximizin qan yaddaşı” adlı anım tədbiri keçirilmişdir.
Əvvəlcə tədbir iştirakçıları Vətənimizin azadlığı uğrunda canlarından keçən igid həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad edilmişdir.
Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir.
Tədbirdə universitetin humanitar məsələlər üzrə prorektoru dosent Fətəliyeva Gülsüm çıxış edərək bildirmişdir ki, Azərbaycan xalqının tarixinə qanla yazılmış Xocalı faciəsindən 31 il ötür. Xalqımızın yaddaşında tariximizin ən faciəli günlərdən biri kimi dərin iz buraxmış Xocalı faciəsinin ildönümü universitetdə də silsilə tədbirlərlə qeyd olunur. Gülsüm Fətəliyeva erməni millətçilərinin keçmiş sovet ordusunun 366-cı alayınin köməyi ilə 31 il əvvəl Xocalıda törətdikləri qırğının acı nəticələri barədə danışıb. Bildiridi ki, ermənilərin1992-ci il fevralın 25-dən 26-sına keçən gecə Xocalıda həyata keçirdikləri amansız qətliam bəşəriyyətə və insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətdir. Xocalı haqqında həqiqətlərin üzə çıxarılması, bu faciənin xalqımıza qarşı soyqırım aktı kimi tanınması üçün dövlətimiz tərəfindən bütün zəruri addımlar atılıb. Bu günlərdə yaşadığımız 44 günlük müharibədə qazanılan qələbədə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz öz sözünü dünyaya çatdırdı. Gülsüm Fətəliyeva onu da qeyd etdi ki, bizlər və siz gənclər azad olunmuş torpaqlarımızı bərpa etmək üçün hər zaman birlik olub Ali Baş Komandanın ətrafında “Dəmir yumruq” olmalıyıq.
Fakultənin dekanı dosent Oruc Hüseynov çıxış edərək 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə Xocalı şəhərində erməni vəhşilərinin törətddiyi, insanlığa sığmayan cinayətlərdən danışmışlar. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki, mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil. Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilmişdir.
Keçirilən tədbirdə Riyaziyyat informatika fakultəsinin İnformatika müəllimliyi I kurs tələbəsi Paşayeva Leyla, Riyaziyyat və informatika müəllimliyi 4 kurs tələbəsi Abdullayeva Ağca, Riyaziyyat və informatika müəllimliyi 2 kurs tələbəsi Riyaziyyat və informatika fakültəsinin 2 kurs tələbəsi Hüseynova Elmira, Riyaziyyat və informatika müəllimliyi 1 kurs Hacıyeva Rəbiyyə Xocalı soyqırımına həsr olunmuş şerlər və çıxışlar səsləndirmişlər.
Riyaziyyat informatika fakültəsinin tələbələrinin ifasında Ağlama Xocalım adlı bədii kompazisiya nümayiş olunmuşdur.
Tədbirdə Xocalı soyqırımının acı nəticələrindən bəhs edən videoçarxlar nümayiş olunmuşdur.