TARİXİ YAZAN ƏBƏDİ YAŞAR LİDER – HEYDƏR ƏLİYEV

06 fevral 2023-cü il tarixində Gəncə Dövlət Universitetinin Riyaziyyat – informatika fakültəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş «Tarixi yazan – əbədi yaşar lider» adlı elmi praktik konfrans keçirilmişdir.

            Konfransda Ulu öndər Heydər Əliyev, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi ugrunda həyatlarını itirən şəhidlərin, fevralın 6-sı Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

            Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.

            Konfransda Gəncə Dövlət Universitetinin Humanitar Məslələr üzrə prorektoru dosent Gülsüm Fətəliyeva, Riyaziyyat – informatika fakültəsinin deaknı dosent Oruc Hüseynov, İnformatika və cəbr kafedrasının müdiri dosent İlqar Cabbarov, Riyaziyyat – informatika fakültəsinin humanitar işlər üzrə dekan müavini Nurəngiz Bəşirova, Ümumi riyaziyyat kafedrasının müdiri dosent Sübhiyyə Zeynallı, Riyaziyyat və informatika 4-cü kurs tələbəsi Agca Abdullayeva, Riyaziyyat və informatika fakültəsinin 3-cü kurs tələbəsi Elmira Hüseynova çıxış edərək Ulu Öndər Heydər Əliyevin həyatı və ictimai siyasi fəaliyyəti haqqında dəyərli məlumatlar səsləndirmişlər. Konfransda dahi şəxsiyyət Heydər Əliyevin həyat və siyasi fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilmişdir.