Laçın rayonunun işğalından 18 il ötür.
Bu gün Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan Laçın rayonunun işğalından 18 il ötür. Düz 18 il öncə – 1992-ci il mayın 18-də Dağlıq Qarabağdakı erməni hərbi birləşmələri ilə Ermənistan ordusu Azərbaycanın dilbər guşələrindən biri olan Laçını işğal etdilər. 1876 kvadrat kilometr ərazisi olan Laçın rayonunun işğalı nəticəsində 60 min vətəndaşımız məcburi köçkün düşdü,