28.12.2024-cü il tarixində Gəncə Dövlət Universitetinin Riyaziyyat – informatika fakültəsində İstanbul Yıldız Texniki Universitetinin professoru, Azərbaycan Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika institutunun şöbə müdiri, Azərbaycaq Milli Elmlər Akademiyasının müxbir üzvü Bilalov Bilal Telman oğlunun «Elleptik tip tənliklərin müasir problemləri» mövzusunda Usdad dərsi keçirilmişdir. Dərsdə Bakı Dövlət Universitetinin professoru, fizika riyaziyyat elmləri doktoru Telman Qasımov, Riyaziyyat – informatika fakültəsinin professor müəllim heyəti, doktorantları, magistrləri və fakültənin tələbələri iştirak etmişlər. Ustad dərsdə elleptik tip tənliklərin müasir problemləri, onların More, Banax, Sobolev fəzalarında həllinin varlığı şərtləri haqqında geniş məlumat verildi. Dərs yüksək səviyyədə təşkil olunmuşdur və auditoriyanın böyük marağına səbəb olmuşdur. Mühazirənin sonunda professor Bilal Bilalov auditoriyanın suallarını cavablandırmışdır.