Gəncə Dövlət Universitetinin 80 illiyi qarşısında
Hazırda Respublikamızda qabaqcıl yerlərdən birini tutan elm ocaqlarından biri də Gəncə Dövlət Universitetidir. Bu Universitet zəngin bir tarixi yol keçmişdir. Əsası 14 aprel 1938-ci ildə qoyulmuş və Respublika Xalq Komissarları Sovetinin qərarı ilə İkillik Müəllimlər İnstitutu adı ilə fəaliyyətə başlamışdır. 1943-cü ilin sentyabrın 28-dən 2000-ci il tarixinə qədər Həsən bəy Zərdabi adı ilə adlandırılmış və 13 iyun 2000-ci ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə Gəncə Dövlət Universiteti statusu almışdır. Bu təhsil ocağı Respublikamızda layiqli kadrların hazırlanmasında öz sözünü demiş, gözəl ənənə sahibi olmuşdur. Bu gün də həmin ənənə müvəffəqiyyətlə davam etdirilir. Azərbaycan Respublikasında təhsilin inkişafının Dövlət Strategiyasının reallaşdırılmasında və Avropa standartlarına uyğun həyata keçirilməsi uğrunda əzmlə çalışır.
Məlum olduğu kimi Respublika Prezidenti İlham Əliyevin Azərbaycan elminə olan qayğısı və diqqəti sayəsində xüsusilə son illər ölkədə təhsilin inkşafı ilə əlaqələr mühüm addımlar atılmışdır. Təhsilin normativ hüquqi bazası təkmilləşdirilib, maddi-texniki təminat istiqamətində geniş tədbirlər həyata keçirilmişdir. Kifayət qədər çox sayda yeni məktəb binaları və ali təhsil müəssələri inşa edilmiş, təmir bərpa işləri aparılmışdır. Bu cəhətdən Gəncə Dövlət Universiteti, xüsusilə, diqqəti cəlb edir. Universitetin dörd tədris korpusu əsaslı təmir edilmiş, yeni istifadəyə verilmiş beşinci tədris korpusu isə tamamilə avropa standartları səviyyəsində qurulmuşdur.
“Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qeyd edildiyi kimi təhsil sahəsində insan resurslarının müasirləşdirilməsi kollektivimizin əsas məqsədidir. Bu məqsədi reallaşdırmaq üçün ilkin şərt müasir innovativ təlim metodlarını tətbiq etməyi bacaran professor-müəllim tərəfindən keçirilən dərslərin səmərəli mənimsənilməsini təmin edən səriştəli kollektivin formalaşmasıdır.Təxminən 600 nəfərdən ibarət professor-müəllim heyəti bu vəzifəni layiqincə reallaşdırır. Universitetimizdə təhsil alan 6500 nəfər tələbələrin müasir tələblərə uyğun elmi mühitlə təmin edilməsi, onların istedadlarının aşkara çıxarılması və onun daha da inkişaf etdirilməsi Universitet rəhbərliyinin daim diqqət mərkəzində dayanmışdır.
Universitetin kafedralarında fəaliyyət göstərən çoxsaylı laborant-texniki işçilərin əksəriyyəti elmi-tədqiqat işləri ilə məşğul olurlar.
Təhsildə şəffaf və səmərəli idarəetmə mexanizminin yaradılması, təhsil sistemində tənzimləmə və idarə etmənin qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilməsi, şəffaf idarəetmə modelinin yaradılması universitetimizin tam həyata keçirilməli olan mühüm məqsədidi.
Müasir dövrdə ölkələrin uğurlu və davamlı iqtisadi yüksəlişi insan kapitalının məqsədyönlü inkişafı hesabına əldə edilir.
Bu isə sadəcə iki tərəfin – təhsil verənin və təhsil alanın birgə fəaliyyətini nəzərdə tutur. Məhz hər iki tərəfin də uğurlu nəticələrini əldə etmək üçün əsas şərtlərdən biri müasir təlabata uyğun təhsil şəraitinin yaradılmasıdır. Bu sahədə professor Yusif Yusibovun Universitetə rəhbərliyi dövründə çox ciddi irəliləyişlər olmuşdur. Sevindirici haldır ki, Universitetin bütün tədris korpuslarında müəllim və tələbələr internet xidmətlərindən istifadə edə bilirlər. Universitetdə müasir tələblərə cavab verən informasiya-komunikasiya xidməti yaradılmış, yeni laboratoriya avadanlıqları ilə təchiz edilmişdir.
Universitetin hərtərəfli inkişafı amillərindən biri də beynəlxalq ali təhsil müəssələrilə əməkdaşlıqdır. Bu, hər şeydən əvvəl mütəxəssiz mübadiləsi, təhsil sahəsində qabaqcıl təcrübənin mənimsənilməsi, elmi və metodik sahələrdə yeniliklərin əldə edilməsindən ibarətdir. Bu sahədə də universitetimizin rektoru Yusif Yusibovun işgüzar və prorektor Pərvin Kərimzadənin hərtərəfli və yorulmaz fəaliyyətləri nəticəsində ciddi uğurlar əldə edilmişdir.
Yalnız elə onu demək kifayyətdir ki, son illər qardaş Türkiyə Cumhuriyyətində “Mevlana” mübadilə proqramı çərçivəsində 30 ali təhsil müəssisəsi ilə əməkdaşlıq müqavilələri imzalanmışdır. Digər Avropa ölkələri Fransa, İtalya, Almanya, MDB ölkələrindən Ukrayna, Rusiya, Belorusiya, Gürcüstan və digərləri ilə əməkdaşlıq uğurla davam etdirilir.
Universitetimiz Avropa şurasının layihəsi olan “Tempus” proqramına habelə təhsilimizin Avropa standartlarına uyğunlaşdırılması məqsədi gündən “CURDEUS” lahiyələrində də yaxından iştirak edir. Bundan əlavə Avropa modeli üzrə inkişafa uyğun müəllim və tələbələrin mübadiləsinə xidmət edən “ERASMUS” proqramında iştirakımız universitetimiz üçün çox faydalı olmuşdur.
Almanya akademik mübadilə xidməti “DAAD”la da əlaqələrimiz mövcuddur.
Universitetimizin xarici dillər fakültəsi Fransanın Strasburq universiteti ilə əməkdaşlıq edir.
Respublika Təhsil Nazirliyi xətti ilə Universitetimiz beynəlxalq elmi konfransların, simpozium və konqreslərin keçirilməsinə xüsusi diqqət yetirir. Heç şübhəsiz ki, ali məktəblərdə bu kimi tədbirlər beynəlxalq əməkdaşlıq, təhsil sahəsində əldə olan nəticələr, elmi-metodiki təcrübələrin mübadiləsi baxımından olduqca əhəmiyyətlidir.
Universitetdə təhsilin keyfiyyətinin yüksəlməsində pedaqoji heyətin və tələbələrin arasında şüurlu intizamın yaradılması və qüsurların aradan qaldırılmasında da ciddi irəliləyişlər əldə edilmişdir. Universitetin rektoru professor Yusif Yusibovun səmərəli və təxirə salınmaz fəaliyyəti nəticəsində, təhsilin keyfiyyətinə ağır zərbə vuran nöqsanlar tezliklə aradan qaldırılmış, semestr imtahanları zamanı baş verə biləcək neqativ hallara son qoyulmuşdur.
Qeyd edək ki, universitetimiz pedaqoji yönümlüdür və ona görə də praktik təcrübələrin keçirilməsi mərhələsi həmişə diqqət mərkəzində olmalıdır.
Bu baxımdan təhsilin məzmununun formalaşmasında nəzəri biliklərlə yanaşı praktik bilik və bacarıqların vacibliyinə ciddi məsuliyyətlə yanaşılmalıdır. Universitet rəhbərliyi bu sahəyə müntəzam olaraq xüsusi diqqət yetirir.
Universitet kollektivi şəhərimizin ictimai həyatında və Respublika tədbirlərində də fəal iştirak edir.
Təkcə onu demək kifayətdir ki, hər il Ulu Öndər Heydər Əliyevin anadan olmasının il dönümü yubileyi ilə əlaqədar müxtəlif nominasiyalar üzrə Respublika səviyyəli tədbirlərdə universitetimizin tələbələri qabaqcıl yerləri tutmuşlar. Universitetin tələbələrinin idmanın müxtəlif növləri üzrə hazırlaşmaları və yarışlarda iştirakı üçün hər cür şərait yaradılmışdır.
Cənab Prezidentimiz İlham Əliyevin ölkədə idmana göstərdiyi qayğıya cavab olaraq, tələbələrimiz onu lazımınca qiymətlənir, həmişə şəhər idman yarışlarında qabaqcıl olmaq üçün səy göstərirlər. Son vaxtlar Respublika yarışlarında, olimpiadalarda qazanılan naliyyətlər bunun əyani sübutudur.
İdmanın Respublikada kütləviləşməsi və səviyyəsinin yüksəldilməsinə bilavasitə universitetin rektoru özü nəzarət edir.
Göründüyü kimi görülmüş uğurlu işlər çoxdur. Ancaq bununla bərabər irəlidə görüləcək işlərimiz daha çoxdur. Kollektivimizin əsas hədəfi əldə olunan naliyyətlərlə kifayətlənməyərək, yeni-yeni uğurlar haqqında düşünmək və gücü bu istiqamətə yönəltməkdən ibarətdir.
Bütün bunlar Universitetimizin hərtərəfli inkişafına, Avropa ali məktəbləri səviyyəsinə çatdırmaq amalına xidmət edir.
Əldə edilən naliyyətlərə baxmayaraq, görüləcəyi çox yaxın vaxtlarda vacib olan, təxirə salınmaz işlərimiz Universitetin tələbə yataqxanası və kitabxana binasının inşası ilə bağlıdır. Qaçqınların yerləşdiyi yataqxana hal hazırda bərbat vəziyyətdədir, ümumi fondu 60000-ə yaxın olan zəngin kitabxana yararsız binada yerləşir. Ümidvarıq ki, çevik iş qabiliyyətinə malik, yorulmaq bilməyən rektorumuz Yusif Yusibov bu və digər qarşıya çıxan çatışmazlığı tezliklə aradan qaldıracaq. Bu potensial qüvvə onda vardır və biz ona inanırıq.
Elə bu səbəbdən də hörmətli rektorumuz Yusif müəllim “Vətənə xidmətlərinə görə Prezidentin fəxri diplomuna layiq görülmüşdür”

Əliqulu Quliyev
Universitetin Fəxri professoru,
Azərbaycan Respublikasının Əməkdar Müəllimi