QƏHRƏMANLAR UNUDULMUR
4 noyabr 2022-ci il Riyaziyyat-informatika fakültəsidə əlamətdar gün idi. Bu əlamətdar günün səbəbi 2005-2009-cu ildə Gəncə Dövlət Universitetinin riyaziyyat-informatika fakültəsinin Riyaziyyat ixtisasında təhsil almış Şəhid Vidadi İsrafilovdur. Vidadi İsrafilov 8 iyun 1987-ci ildə Daşkəsəndə anadan olub. 2005-2009-cu ildə Gəncə Dövlət Universitetinin riyaziyyat-informatika fakültəsində təhsil alandan sonra təyinatla kəndinə müəllim olaraq qayıtdı. Sonradan yenidən Gəncəyə köçmüşdü.