04 noyabr 2022-cı il tarixdə Riyazi analiz kafedrasının b.m. Səbinə İbrahimovanın İnformatika müəllimliyi 2 kursunda Adi diferensial tənliklər fənnindən “Törəməyə nəzərən həll olunmayan adi diferensial tənliklərin həlli. Parametr daxil etmənin ümumi üsulu” mövzusunda açıq dərsi keçirilmişdir.
Mövzunun məqsədi tələbələrə törəməyə nəzərən həll olunmayan tənliklərlə tanış etmək və həlli yolların mənimsətməkdir. Burada həm də Klero və Laqranj tənliklərini həll etmkdir. Belə ki, hər iki tənliyin ümumi və məxsusi həllərini göstərdik.
Dərsdə kafedranın müəllimi dos.T.C.Məmmədov, b.m.N.Bəşirova, dos.əv.N.Ə.Neymətov, müəllim B.Vəliyeva, G.Yusifova və kafedranın digər müəllimləri iştirak etmişlər. Açıq dərs yüksək qiymətləndirilmişdir.