Y.Yusibov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib
Hörmətli Rektor! Təhsilin inkişafındakı xidmətlərinizə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirik! Dövlətimizin başçısı cənab İlham Əliyevin bu qərarı Universitetimizin əməkdaşları tərəfindən minnətdarlıq duyğuları ilə qarşılanıb. Çünki Gəncə Dövlət Universitetinin rektoru kimi həyata keçirdiyiniz dəyərli işlər, geniş ictimai fəaliyyətiniz, səmimiliyiniz, sadəliyiniz, işçilərin qayğılarına həssas münasibətiniz Sizə kollektivin dərin