27 oktyabr 2017-ci il tarixdə Riyaziyyat – informatika fakültəsinin İnformatika ixtisasının I kursunda Meşaik Seymurun “Qalıqlı bölmə. Bezu teoremi. Hörner sxemi” mövzusunda açıq dərsi olmuşdur. Dərsdə fakültə dekanı dos.O.Hüseynov, prof.Ə.Quliyev, dos.İ.Cabbarov, prof.N.Nəsrullayev, dos.əv.G.Salmanova, müəl.N.Allahyarova, lab.Ü.Məmmədova və b. iştirak etmişlər. Fənn müəllimi Seymur Meşaikin tədris etdiyi açıq dərs professor-müəllim heyəti tərəfindən müzakirəyə qoyularaq yüksək qiymətləndirilmişdir.