07 dekabr 2017-ci il tarixdə Riyazi analiz kafedrasının baş müəllimi t.f.d.N.Bəşirovanın Riyaziyyat müəllimliyi ixtisasının I kurs tələbələrinə “Törəməyə gətirilən məsələlər. Törəmənin tərifi, həndəsi və fiziki mənası” mövzusunda açıq dərsi keçirilmişdir. Dərsdə tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dos.F.Məmmədov, fakültə dekanı dos.O.Hüseynov, Rektorun səlahiyətli nümayəndəsi dos.C.İbrahimov və Riyazi analiz kafedrasının professor – müəllim heyəti iştirak edirdilər. Dərs interaktiv keçirildi.