Y.Yusibov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib

500

Hörmətli Rektor!

Təhsilin inkişafındakı xidmətlərinizə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirik!

Dövlətimizin başçısı cənab İlham Əliyevin bu qərarı Universitetimizin əməkdaşları tərəfindən minnətdarlıq duyğuları ilə qarşılanıb. Çünki Gəncə Dövlət Universitetinin rektoru kimi həyata keçirdiyiniz dəyərli işlər, geniş ictimai fəaliyyətiniz, səmimiliyiniz, sadəliyiniz, işçilərin qayğılarına həssas münasibətiniz Sizə kollektivin dərin inamını, hörmət və məhəbbətini qazandırıb.

Biz bu cür yüksək təltif edilənlərin arasında öz rektorumuzu görməkdən sonsuz qürur hissi keçiririk.

İnanırıq ki, Sizə xas olan yüksək işgüzar və mənəvi keyfiyyətlər, dərin bilikləriniz, təşkilatçılıq qabiliyyətiniz dövlətimizin başçısı tərəfindən həvalə edilən vəzifəni yüksək səviyyədə yerinə yetirməyinizə kömək göstərəcək.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Sizin əməyinizə verilən bu böyük dəyər Gəncə Dövlət Universitetinin bütün kollektivinə verilən dəyərdir. Buna görə dövlətimizin başçısı cənab İlham Əliyevə Riyaziyyat-İnformatika fakültəsinin professor-müəllim heyyəti adından dərin minnətdarlıöımızı bildiririk.

Hörmətli Yusif müəllim, Prezidentin Fəxri Diplomunu almağınız münasıbətilə Sizi bir daha səmimi qəlbdən təbrik edir, məsuliyyətli fəaliyyətinizdə Sizə böyük uğurlar arzulayırıq!

Hörmətlə Riyaziyyat-İnformatika fakültəsinin professor-müəllim heyyəti!