GDU-nin Fəxri Professoru Əfəhdiyev Üzeyir Qiyas oğlu 20 noyabr 2026-cı ildə vəfat etmişdir.

Gəncə Dövlət Universitetinin Riyaziyyat və informatika fakültəsinə ağır itki üz vermişdir. Fakültənin Fəxri Professoru Əfəndiyev Üzeyir Qiyas oğlu 20 noyabr 2026-ci ildə vəfat etmişdir.

Əfəndiyev Üzeyir Qiyas oğlu 1937-ci il aprel ayının 23-də Samux rayonunun Samux kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1943-44-cü tədris ilində Samux rayonunu orta məktəbinin I sinfinə gedib. 1953-54-cü ildə Mingəçevir Su elektrik stansiyasının tikilməsi ilə əlaqədar ailəsi Goranboy rayonuna köçrülmüşdür. 1953- 54-cü tədris ilində Ağamalı oğlu kənd məktəbini bitirmişdir. 1954-55-ci tədris ilində Həsən bəy Zərdabi adına KDPİ-nin fizika –riyaziyyat fakültəsinə daxil olub, 1958-59 cu tədris ilində həmin institutu bitirmişdir. 1959-1961-ci illərdə Əlibayramlı rayonunun Kalinovka kənd orta məktəbində fizika-riyaziyyat müəllimi işləmişdir. 1961-ci ildən 1963-cü ilə kimi Sovet Ordusunda xidmət etmiş, kiçik leytenant rütbəsi ilə ordudan tərxis olunmuşdur. 1963 -69-cu illərdə Yevlax rayonunun Varavara kənd orta məktəbində Fizika-riyaziyyat müəllimi işləmişdir. 1970-72-ci illərdə Azərbaycan Dövlət Pedaqoji  institununun aspiranturasında təhsil almışdır. 1973-cü ildən hal hazıra kimi GDU–də Assisent-dossent  vəzfələrində işləyib. İşlədiyi müddətdə Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının qərarı ilə “Qabaqcıl təhsil işçisi” fəxri döş nişanı ilə təltif olunub. Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə “Tərəqqi medalı”na layiq görülüb.

Gəncə Dövlət Universitetinin və eləcə də Riyaziyyat və informatika fakültəsinin inkişafında Üzeyir müəllimin rolu əvəzsiz olmuşdur.

ALLAH RƏHMƏE ELƏSİN