


19 noyabr 2026-cı il tarixdə Ümumi riyaziyyat kafedrasının müəllimi Ramidə Həsənovanın riyaziyyat müəllimliyi 3-2 kursunda Diskret riyaziyyat və məntiq elementləri fənnindən açıq seminar dərsi keçirildi. Mövzu: “Karno kartı. Minimal formanın alınması”-dır. Fənnin məqsədi tələbələrin diskret riyaziyyat və məntiq elementləri fənninin əsasları ilə tanış etməkdən ibarətdir. Burada mövzuya uyğun olaraq karno kartların verilməsi və onun əsasında verilmiş funksiyanın təyini edilməsidir. Müəllim mövzuya keçməzdən əvvəl sorğu etməklə əvvəlki dərsləri soruşdu və bəzi tələbələri qiymətləndirdi. Yeni mövsunu qısa olaraq slaydla izah etdi. Sonra misal həllərini tələbələrlə birlikdə yerinə yetirdi. Yeni mövzuya aid çoxlu misallar göstərildi. Açıq dərsdə fakültə dekanı dos. Oruc Hüseynov, dos. Tahir Məmmədov, dos.İlqar Cabbarov, dos.Gülmira Verdiyeva, dos. Nazim Neymətov, dos.Esmira Cəfərli, p.f.d., b.m.Kəmalə Qaybalıyeva, p.f.d.,b.m. Vüsalə Qarayeva, b.m.Cəbərrüd Məmmədova, müəllim Afət Qurbanov və kafedranın digər əməkdaşları iştirak etdilər. Sonda dərs müzakirə olundu və qiymətləndirildi.