





21 noyabr 2026-cı il tarixdə İnformatika və Cəbr kafedrasının müəllimi Leyla Mehtiyevanın İnformatikanın nəzəri əsasları fənnindən Riyaziyyat və İnformatika müəllimliyi 2 kursunda “Fərdi kompüterlərin texniki təminatı perferiya qurğuları” mövzusunda açıq dərs keçirildi. Dərs zamanı tələbələrə informatikanın nəzəri əsasları fənni informatika elminə giriş olub, onun əsas istiqamətləri haqqında tələbləri orta məktəbdə aldıqları ümumi bilik və bacarıqları daha ətraflı şəkildə əhatə olunması öyrədilir. Burada fərdi kompüterlərin əsas aparat komponentləri və onların funksiyaları öyrənilir. Müəllim əvvəlcə sorğu apararaq tələbələrin biliyini yoxladı. Sonra yeni mövzunun izahını slayd vasitəsilə göstərdi. Sonra tələbələrə sərbəst işləmək üçün tapşırıq verdi və nəticələri yoxladı.
Açıq dərsdə fakültə dekanı dos.Oruc Hüseynov, dos.Tahir Məmmədov, dos.İlqar Cabbarov, dos.Gülmira Verdiyeva, dos.Nazim Neymətov, b.m.Elnura Cuvarlinskaya, müəllim, b.m.Təranə Hüseynova, müəllim Lalə Rəhimova, müəllim İsmət Budaqov və kafedranın digər əməkdaşları iştirak etmişlər. Dərsin sonda qiymətləndirildi.